730) Qarnın ön divarı yaralanmış zərərçəkəni necə daşımaq məqsədə uyğundur?
A) Zərərçəkən başıaşağı, ayaqları yuxarı qaldırılmış vəziyyətdə daşınır
B) Zərərçəkən böyrü üstə uzanmış vəziyyətdə daşınır
C) Arxası üstə uzanmış və ayaqlarını uzatmış vəziyyətdə daşınır
D) Zərərçəkən qarnıüstə uzanmış vəziyyətdə daşınır
E) Zərərçəkən arxası üstə uzanmış, ayaqlar qarına yığılmış vəziyyətdə daşınır
Qarnın ön divarı zədələndikdə zərərçəkənin ayaqları uzanmış vəziyyətdə daşınarsa bu zaman yara ağzı genişlənir və yaradan orqanların xaric olması ehtimalı artır. Ona görə zərərçəkən arxası üstə uzanmış, ayaqlar qarına yığılmış vəziyyətdə daşınır və yaranın üzəri aseptik sarğı qoyulur. Zərərçəkənə qida və mayelərin qəbulu dayandırılır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 128
Dostları ilə paylaş: |