744) Daxili qanaxmanın xarakter əlaməti hansıdır?
A) Dəri örtüyünün avazıması
B) Arterial təzyiqin artması
C) Temperaturun yüksəlməsi
D) Diurezin çoxalması
E) Dərinin hiperemiyası
Daxili qanaxma zamanı qan boşluqlara-yəni, qarın boşluğu, döş boşluğu və s. həmçinin, borulu orqanların mənfəzinə axır. Bu zaman dövriyyədə olan qanın ümumi həcmi azaldığına görə dəri örtüyü avazıyır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 73
745) Arterial qanaxmanın müvəqqəti dayandırılmasında hansı üsuldan istifadə olunur?
A) Buz qovuqcuğunun qoyulması
B) Damarların sklet sümüklərinə sıxılması
C) Ətrafa yuxarı vəziyyətin verilməsi
D) Damar protezinin qoyulması
E) Damara tikilməsi
Arterial qanaxmalar zamanı qan gur və sürətlə axdığına görə xəstə tez bir zamanda çoxlu qan itirə bilər ki, bu da xəstənin ölümü ilə nəticələnə bilər. Həyati təhlükənin qarşısını almaq və xəstəni tibb müəssisəsinə çatdırana qədər vaxt itirməmək məqsədilə qanaxmanı müvəqqəti dayandırılmaq üçün damarları yumruqla və ya barmaqla yaxındakı sklet sümüklərinə sıxmaq lazımdır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 76
Dostları ilə paylaş: |