972) Bronxial astma tutmaların profilaktikası üçün istifadə edilir.
A) Astmopent
B) Epinefrin( Adrenalin)
C) İntal
D) Prednizolon
E) Salbutamol
İntal güclü təsirə malik olan bronxodilatator və anti allergik preparatdır. Bronxial astma tutmaların profilaktikası üçün inhalyasion yolla təyin edilir.
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 203
973) Bronxial astma xəstəliyin müalicəsi zamanı istifadə edilən inhalyasion qlükokortikosteroid hansıdır?
A) Berotek
B) Beklametazon
C) Astmopent
D) Salbutamol
E) Adrenalin
Beklametazon bronxolitik təsirə malik olan aerozoldur. Bronxial astma zamanı gündə 3-4 dəfə bu preparatla inhalyasiya edilir.
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 267
Dostları ilə paylaş: |