Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Mədə xorası olan uşağın qida rasionundan nə çıxarılır?



Yüklə 261,37 Kb.
səhifə135/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   131   132   133   134   135   136   137   138   ...   248
Umumi test suallari

536) Mədə xorası olan uşağın qida rasionundan nə çıxarılır?

A) Ət və balıq bulyonu


B) Zeytun yağı
C) Südlü sıyıqlar
D) Süd,kəsmik
E) Kərə yağı
Mədə xorası olan xəstə uşaqlara duru, tez həzm olunan vitamin və tərəvəzlə zəngin qidalar verilməlidir. Zülallı yağlı qidalar əks göstərişdir. Belə qidalar çətin həzm olunur .Ona görə mədə xorasında ət və balıq bulyonu qida rasionundan çıxarılır.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 374




537) Uşaqda mədə bağırsaq qanaxması zamanı tibb işçisinin taktikası?

A) Uşağa çoxlu maye vermək


B) Uşağa duru qida vermək
C) Mədəni aminkapron turşusu ilə yumaq
D) Bağırsaqları təmizləmək
E) Uşağı tez stasionara çatdırmaq
Uşaqda mədə bağırsaq qanaxması qorxulu bir vəziyyət olduğu üçün
tibb bacısının bu zaman ilk tədbiri odur ki, uşağı tez bir zamanda stasionara çatdırmalıdır. Çünki, belə xəstəyə təcili həkim yardımı olunmalıdır.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 ст. 381




538) Uşaqda defekasiya aktını ləngidən qidalar hansılardır?

A) Müxtəlif şorbalar


B) Qazlı mineral sular
C) Müxtəlif sıyıqlar
D) Çox şirniyyat qəbulu
E) Əzilmiş qidalar
Çox şirniyyat qəbulu qida həzmini çətinləşdirdiyinə görə defekatsiya aktını ləngidir
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 cтр. 74


539) Uşaqda defekasiya aktını normallaşdıran qidalar hansılardır?

A) Düyü həlimi


B) Qara çörək, tərəvəz
C) Tünd çay
D) Sıyıqlar
E) İsti su
Tünd ədviyyatlı,turş,duzlu qidalar bağırsağın daxili mühitini pozur,defekasiya aktını ,ləngidir. Qara çörək və tərəvəzin tərkibində hüceyrə lifləri olduğuna görə defekasiya aktını normallaşdırır.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 75





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin