560) Qastroenterit zamanı mədənin yuyulmasında məqsəd nədir?
A) Ağrını azaltmaq
B) Bağırsağın funksiyasını normallaşdırmaq
C) Mədənin funksiyasını normallaşdırmaq
D) Toksinin bədəndən xaric edilməsi
E) Köpü azaltmaq
Qastroenterit mədə və nazik bağırsağın birgə iltihabı olub, müxtəlif zəhərlənmələr nəticəsində əmələ gəlir. Bu zaman mədənin yuyulmasında məqsəd toksini bədən-dən tez xaric etməkdir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı”2008 səh 88
561) Uşaqlarda helmintozun törədicisi nədir?
A) Göbələklər
B) Streptokoklar
C) Parazit qurdlar
D) Bakteriyalar
E) Stafilakoklar
Düzgüb cavab – Parazit qurdlar
Helmintoz uşaqlar arasında çox təsadüf edilən xəstəlikdir. Törədicisi parazit qurdlardır. Qurdlar orqanizmə gigiyenik qaydaları gözləmədikdə daha çox daxil olur. Çirklənmiş qida, meyvə- tərəvəz, qaynanmamış su ilə yoluxma baş verir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 586
562) Südəmər uşağın qida rasionuna ət qiyməsi nə vaxt daxil edilir?
A) 12-ci aydan
B) 9-cu aydan
C) 6-cı aydan
D) 5-ci aydan
E) 4-cü aydan
Uşaq böyüdükcə onun qida rasionu dəyişir, orqanizmin təlabatı artır.
Ona görə də uşağın qidası müxtəlif tərkibli olmalıdır. 9-cu aydan uşağın qidasına ət qiyməsi daxil edilir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 102
563) Uşaqlarda sidiyin ümumi müayinəsi üçün hansı sidik götürülür?
A) Sutkalıq sidik
B) İlk sidik
C) Orta porsiya
D) Son sidik
E) Gecə sidiyi
Uşaqda sidik götürməzdən əvvəl onu yumaq lazımdır ki, götürülən sidiyə heç nə qarışmasın, sonra ilk sidik atılır, orta porsiya müayinə üçün götürülür.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008”Bakı” səh 270
Dostları ilə paylaş: |