73) Hansı vitamin suda həll olur?
A) E
B) D
C) K
D) A
E) C
Vitaminlər 2 qrupa bölünür: suda həll olanlar və yağda həll olanlar. A,D,E,K vitaminləri yağda, C, B qrup vitaminləri, PP vtamini isə suda həll olan vitaminlərə aiddir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.113. “ Çıraq ” 2008
74) Hansı vitamin çatışmadıqda xəstədə gecə və ya toyuq korluğu olur?
A) K
B) C
C) A
D) E
E) D
A vitamini süddə, qaymaqda, xamada, kərə yağında, yumurtanın sarısında, qaraciyərdə və s. olur. A hipovitaminozunun erkən əlaməti gecə korluğu, selikli qişanın və dərinin quruluğudur.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh. 116 “ Çıraq ” 2008
75) Sümüklərin normal inkişafı üçün hansı duzlar vacibdir?
A) Kalium
B) Maqnezium
C) Barrium
D) Kalsium
E) Natrium
Kalsium duzları orqanizmə sümüklərin normal böyüməsi üçün, bundan başqa qanın laxtalanması üçün, damar keçiriciliyini azaltmaq üçün lazımdır. Kalsiumun əsas mənbəyi süd, kəsmik, soya və göyərtidir. Kalsiuma gündəlik tələbat 1qr-dır.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.117. “ Çıraq ” 2008
76) Kəskin sol mədəcik çatışmazlığı(ürək astması) tutması zamanı ətraflara turna qoyarkən tibb işçisi nəyə fikir verməlidir?
A) Sadalananların hamısına
B) Turna ancaq venaları sıxsın
C) Turnalar ətrafların hamısından eyni vaxtda açılmasın
D) Arteriyalarda nəbz yaxşı əllənsin
E) Turna qoyulan ətraflar qaralmasın
Kəskin sol mədəcik çatışmazlığı( ürək astması) zamanı çox vaxt ətraflara turna qoyulur. Bu zaman tibb bacisi mütləq yuxarıda göstərilənlərə əməl etməlidir, belə ki, turna ancaq venaları sıxaraq, ürəyə gedən qanın miqdarını azaltmalıdır; turna arteriyaları sıxsa müvafiq ətrafın qanla təchizatı pozular; ətraflardan turnaların hamısı eyni vaxtda açılsa xəstə kollapsa düşə bilər; arteriyalarda nəbz palpasiya edilməsə bu venayla birgə arteriyanın da sıxılmasını göstərir.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh.505 “ Çıraq ” 2008
Dostları ilə paylaş: |