3) Hemofiliyanın ən xarakter əlaməti nədir? Hemofiliya qanda laxtalanma amillərinin (VIII - IX - XI) çatışmazlığı nəticəsində qarşısı çətin alınan qanaxma ilə özünü biruzə verən irsi qan xəstəliyidir. Əsas əlaməti qanaxmadır. Ədəbiyyat: A. A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 317
4) Qlomerulonefrit zamanı Zimnitski sınağının aparılmasında məqsəd nədir? Qlomerulonefrit böyrək toxumasının iltihabi xəstəliyidir. Xəstəlik zamanı sidik ifrazı azalır. Sifətdə ödem əmələ gəlir, sidikdə zülal tapılır. Xəstəyə dəqiq diaqnoz qoymaq üçün bir sıra sınaqlardan istifadə edilir. Onlardan ən dəqiqi Zimnitski sınağıdır. Ədəbiyyat: A. A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 84