Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее
профессиональное образование), Феникс, 2008 стр.19
787) Yaranın yuyulmasında kalium permanqanatın neçə faizli məhlulundan istifadə olunur?
A) 2%
B) 5%
C) 0.02%.
D) 0.1%
E) 1%
Kalium permanqanat antiseptik maddə olub oksidləşdiricilər qrupuna aiddir.Bu
preparat xaricə
istifadə üçündür.Cərrahi praktikada 0.1%-li məhlulundan irinli yaraların yuyulmasında istifadə
olunur.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее
профессиональное образование), Феникс, 2008 стр.23
788) Palliativ əməliyyatın aparılmasında məqsəd nədir?
A) Xəstəni sağaltmaq
B) Xəstənin
vəziyyətini yüngülləşdirmək
C) Diaqnozu dəqiqləşdirmək
D) Bir neçə orqanda əməliyyat
aparmaq
E) Çoxmomentli əməliyatı başa çatdırmaq
Palliativ əməliyyat xəstənin vəziyyətini yüngülləşdirmək məqsədilə həyata keçirilir.Belə
əməliyyatlar daha çox onkoloji xəstələrdə aparılır.Palliativ əməliyyat xəstənin ömrünü bir qədər
uzadır,həyat fəaliyyətini yaxşılaşdırır.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее
профессиональное образование), Феникс, 2008 стр.115
789) Xəstəni periferik venanın kateterizasiyasına hazırladıqda ona hansı vəziyyət
verilməlidir?
A) Böyrü üstə
B) Ayaq üstə
C) Qarnı üstə, uzanmış
D) Arxası üstə, uzanmış
E) Oturaq
Xəstəni periferik venanın kateterizasiyasına hazırladıqda ona arxası üstə uzanmış vəziyyət verilir.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в
хирургии, практикум» (Среднее
профессиональное образование), Феникс, 2008 стр.203
Dostları ilə paylaş: