Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Dəri altı inyeksiya hansı bucaq altında aparılır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə29/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   25   26   27   28   29   30   31   32   ...   252
111) Dəri altı inyeksiya hansı bucaq altında aparılır?
A) 90 
B) 60 
C) 45 
D) 70 
E) 50 
Dəri altı inyeksiya 45 dərəcəli bucaq altında aparılır,çünki bu bucaq altında yeridilən iynə bilavasitə 
dəri altı nahiyyəyə düşür. 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.57 “Azərnəşr” Bakı 
1984 
112) Vena daxili inyeksiyadan əvvəl turnanın düzgün qoyulmasının göstəricisi nədir?
A) Turnadan aşağı hissədə dərinin göyərməsi 
B) Turna qoyulan nahiyədə qansızmaların olması 
C) Turnadan aşağı hissədə dəri örtüyünün avazıması 
D) Turnadan aşağı hissədə dərinin qızarması 


E) Mil arteriyasında nəbzin olmaması 
Vena daxili inyeksiyadan əvvəl turna düzgün qoyulmalıdır. Yalnız səthi venalar sıxılmalı, 
arteriyada qan axını pozulmamalı, nəbz hiss olunmalıdır. Turna düzgün qoyulduqda turnadan aşağı 
hissədə qanın venoz axını ləngidiyinə görə dəri göyərir. 
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 86 
113) Meteorizm zamanı qaz çıxarıcı borunun yeridilmə dərinliyi nə qədər olmalıdır (sm-lə)?
A) 50 
B) 2-4 
C) 10-12 
D) 20-30 
E) 10-15 
Meteorizm zamanı əgər digər tədbirlər effekt vermirsə qaz çıxarıcı borudan istifadə olunur. Bu rezin 
boru olub, 50-sm uzunluğunda və diametri 1 sm-dir. Bir ucu vazelin sürtüldükdən sonra 20-30 
dərinlikdə düz bağırsağa yeridilir. 
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 114 
114) Yağ imaləsini aparmaq üçün bitki yağının miqdarı (ml-lə)?
A) 50 
B) 100 
C) 1000 
D) 10 
E) 500 
Yağ imaləsini qəbizlik zamanı qoyurlar. Bunun üçün bitki yağları: günəbaxan, zeytun, vazilin 
yağları istifadə olunur. Bir imalə üçün 37-38 dərəcəyə qədər qızdırılmış 100 ml yağ götürülür. 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.50 “Azərnəşr” Bakı 
1984 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin