477) Uşaqlarda raxit hansı vitamin çatışmazlığı nəticəsində yaranır?
A) C vitamini
B) E vitamini
C) B vitamini
D) D vitamini
E) A vitamini
Vitamin orqanizmə qida vasitəsilə daxil olur, digər tərəfdən isə ultrabənövşəyi şqaların təsirindən
dəridə olan vitamin D
3
aktivləşərək D
2
–yə çevrilir və orqanzmə daxil olur. Bu vitaminin
çatışmazlığı nəticəsində raxit xəstəliyi əmələ gəlir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri Bakı, 2008, səh 14.
478) Uşaqlarda tərləmə, ənsə nahiyəsində tükün tökülməsi hansı xəstəlik zamanı baş verir?
A) Spazmofiliya
B) Bişməcə
C) Diatezdə
D) Dəri xəstəlikləri
E) Raxit
Raxit xəstəliyi zamanı vegetativ sinir sisteminin pozğunluğu raxitin başlanğıc dövründə əmələ gəlir,
Uşaq narahat olur yuxusu pozulur, çox tərləyir, başını yastığa sürtür, ənsə nahiyyəsinin tükü tökülür
uşaqda yüngül oyanıqlıq baş verir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 15