530) Ana südü ilə qidalanmada əmmə müddətini kim təyin edir?
A) Süd verən ana təyin edir
B) Uşaq təyin edir
C) Tibb bacısı təyin edir
D) Həkim təyin edir
E) Köməkçi təyin edir
Ana südü ilə qidalanmada əmmə müddətini uşaq təyin edir :uşaq doyandan sonra özü ana südündən
imtina edir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 səh 104
531) Hansı çəkidə doğulmuş uşaq orta çəkili hesab edilir?
A) 2500-3000 qr
B) 3500-4000 qr
C) 3000-3500 qr
D) 2000-2500 qr
E) 4000-4500 qr
Vaxtında yeni doğulmuş uşağın orta çəkisi normada 2500 qramdan çox, 3000-3500 qr təşkil edir.