670) Kraft-paketlərdən neçə dəfə istifadə etmək olar?
A) 20
B) 5
C) 7
D) 10
E) 2
Kraft paketlərdən müasir cərrahlıqda alətlərin çeşidlənərək buxarla sterilizasiyasında geniş istifadə
olunur.Bunun üçün klinikalarda müasir kraft paket hazırlayan avtomatlaşdırılmış dəzgahlar
mövcuddur.Sterilizasiyadan əvvəl indikator lentlər açıq çəhrayı,sterilizasiyadan sonra isə bənövşəyi
rəng alır.Kraft paket dəzgahla dört tərəfdən yapışdırılmış halda alətlər 20 gün sterilliyini
itirmir.Sterilizasiyaya nəzarət üçün kraft paketlərin kınarlarına indikator lentlər yapışdırılır.Kraft
paketlərdən 5 dəfə istifadə etmək olar.
Ədəbiyyat: S.A.Aqkatseva.Orta tibb təhsilində praktik vərdişlərin öyrədilməsi-1997 (səh.89)
671) Alətlərdə sterilizasiyadan əvvəl gizlin qanın olmasını hansı sınaqla yoxlayırlar?
A) Benzidin
B) Volkoviç
C) Oberst
D) Zimnitski
E) Mikulic
Benzidin sınağını qoymaq üçün 0.5-1%-li benzidin hidroxlorid eyni miqdarda 3%-