A) Əməliyyat günü, səhər yeməyi
B) Əməliyyatdan əvvəlki gün saat 20.00 qədər
C) Əməliyyatdan əvvəlki gün saat 22.00
D) Əməliyyatdan əvvəlki gün, nahar yeməyi
E) Əvvəlki gün ümumiyyətlə qida qəbul etmir
Planlı əməliyyat zamanı növbəti gün saat 900- a planlaşdırılmış əməliyyat olunacaq xəstə nahar
yeməyindən sonra saat 20.00- ə qədər yüngül yemək (kəmşirin çay suxari ilə,mannı sıyığı və
s)yeməlidir.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
683) Əməliyyatdan sonrakı dövrdə xəstə ilkin olaraq harada yerləşdirilir?
A) Operasion blokda
B) Təcrid palatasında
C) Reanimasiya şöbəsində və əməliyyatdan sonrakı palatada
D) Xəstəxanadan çıxarılır
E) Ümumi palatada
Əməliyyatdan sonra xəstənin vəziyyətinə dəqiq nəzarət etmək üçün, xəstə reanimasiya şöbəsinə
yerləşdirilir və ya əməliyyatdan sonrakı palatada yerləşdirilir və monitora qoşulur ki, qan dövranı
və tənəffüs sisteminə dəqiqliklə nəzarət olunsun.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 64