739) Əllərin işlənməsində hansı antiseptik məhluldan istifadə edilir?
A) Lyuqol məhlulu
B) Brilliyant yaşılı
C) Benzoy turşusu
D) Formalin
E) Pervomur (C-4)
Əllərin müasir işlənməsində pervomur məhlulundan istifadə olunur. Məhlul 33%-li hidrogen-
peroksidlə, 100%-li qarışqa turşusunun qarışığıdır. Əllər mexaniki işləmədən sonra 2,4%-li
pervomur məhlulunda bir dəqiqə müddətində saxlanılır. Üsul tezliyinə görə çox əlverişlidir.
Pervomur məhlulu C-4 qarışığı da adlanır.
Ədəbiyyat: В.Г.Стецюк «Сестринское дело в хирургии». Səh. 46
740) Tikiş materialını yağsızlaşdırmaq üçün hansı məhlulda saxlayırlar?
A) Efir
B) 3%-li hidrogen peroksid
C) 5%-li yodun spirtli məhlulu
D) Karbol turşusu
E) Pervomur
Tikiş sapları sterilizasiyadan əvvəl yağsızlaşdırmaq üçün efirdə saxlanılır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 32