FəLSƏFƏ fənni üzrə proqram tibb və tibb təmayüllü ixtisaslı mütəxəssislər üçün



Yüklə 51,19 Kb.
səhifə15/18
tarix01.09.2023
ölçüsü51,19 Kb.
#141244
1   ...   10   11   12   13   14   15   16   17   18
FELSEFE kitab formasi proqram 2020

Təbiət fəlsəfəsi. Təbiətin fəlsəfi anlayışı. Təbii və süni mühit. Təbiətin cəmiyyətin mövcudluğu və inkişafının daimi və zəruri şərti olması. Təbiət-cəmiyyətin qarşılıqlı təsirinin tarixi inkişaf mərhələləri. Coğrafi determinizmin əsassızlığı. Geopolitika doktrinasının mahiyyəti. Geopolitikanın müasir anlamı. Azərbaycanın geopolitik mövqeyi. Təbiət-cəmiyyət münasibətlərinin əsas istiqamətləri
İnsan fəaliyyətinin planetar hadisəyə çevrilməsi və təbiət-cəmiyyət münasibətlərində baş verən dəyişikliklər. Müasir elmi-texniki tərəqqi və təbiət. Texnosfer ilə biosfer arasında ziddiyyətlərin kəskinləşməsi. Müasir ekoloji böhran təhlükəsi, onun texniki və sosial səbəbləri. Ekoloji problemin qlobal miqyas kəsb etməsi. Müasir Azərbaycanın ekoloji durumu. Xəzərin, Bakının və Sumqayıtın ekoloji vəziyyəti. Ekoloji problemlərin həlli yolları
Şəxsiyyət və sosial dəyərlər. Aksiologiya. Şəxsiyyətin sosial mahiyyəti. Şəxsiyyətin strukturu və tipologiyası. Şəxsiyyətin formalaşmasında mühitin rolu. Meqa, makro və mikro mühit. Tibbi idrakda şəxsiyyət. Cəmiyyət – şəxsiyyət münasibətlərinin tarixi formaları.
Tarixi zərurət və şəxsiyyət azadlığı problemi. Şəxsiyyətin azadlığı, hüquq və vəzifələri ilə məsuliyyətinin vəhdəti. Demokratik cəmiyyət və şəxsiyyət azadlığı. Müasir cəmiyyətdə demokratikləşmənin genişləndirilməsi şəxsiyyət azadlığının zəruri şərtidir.
Sosial dəyərlər, onların mahiyyəti və cəmiyyətdə rolu
Sosial dəyərlərin təbiəti və sosial şərtlənməsi. Dəyərlərin fövqəltarixi və əbədi izahının əsassızlığı. Sosial dəyərlərin təsnifatı. İqtisadi, sosial, siyasi, mənəvi, bədii, elmi dəyərlər. Qnoseoloji, etik və estetik dəyərlər. İnsan həyatı ən yüksək dəyərdir. Ümumbəşəri və milli dəyərlər. Azadlıq və milli müstəqillik ali dəyərdir. Aksiologiya və müasirlik. Tarixi keçmişə və milli ənənələrə hörmət mühüm dəyərdir. İslam dininin ümumbəşəri əxlaqi dəyərləri. Şəxsiyyətin sosiallaşması prosesində dəyərlərin rolu. Şəxsiyyətin malik olduğu dəyərlər sistemi onun sosial səmtləşməsinin mühüm amilidir. Dəyərləri qorumağın və inkişaf etdirməyin zəruriliyi

Yüklə 51,19 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin