FəLSƏFƏ fənni üzrə proqram tibb və tibb təmayüllü ixtisaslı mütəxəssislər üçün


VI. Sosial fəlsəfə. Sosial idrakın spesifikliyi. Cəmiyyət özinkişafda olan sistemdir



Yüklə 214 Kb.
səhifə19/33
tarix02.01.2022
ölçüsü214 Kb.
#34779
1   ...   15   16   17   18   19   20   21   22   ...   33
FELSEFE kitab formasi proqram 2020

VI. Sosial fəlsəfə. Sosial idrakın spesifikliyi. Cəmiyyət özinkişafda olan sistemdir

Sosial idrakın predmeti. Sosial idrak sosial reallığın cəmiyyət və onun inkişaf qanunauyğunluqlarının dərk olunmasıdır. İnsan sosial idrakın obyekti və subyektidir. Fəaliyyət sosial idrakın obyektiv əsasıdır. Sosial fəaliyyətin mahiyyəti və strukturu. Təbiət qanunları və ictimai qanunlar, onların ümumi və fərqli cəhətləri

Sosial idrakın əsas metodları: sistemli-struktur təhlil metodu, tarixi-genetik metod, substrat-hadisəvi metod və humanist-şəxsiyyət mövqeyindən təhlil metodu

Sosial idrak və dəyərlər. Sosial fəlsəfənin funksiyaları. Sosial fəlsəfənin ictimai elmlər üçün metodoloji əhəmiyyəti. Sosial fəlsəfənin yaranması və inkişafı. Cəmiyyət, birlik və sosial anlayışları. Cəmiyyətin təhlilində naturalist, idealist və materialist istiqamətlər. Sosial sistem anlayışı. Cəmiyyət mürəkkəb və özinkişaf qanunauyğunluqlarına malik sistemdir. Cəmiyyətə sistemli yanaşma təsəvvürlərinin yaranması və inkişafı. Sosial sistemin açıq xarakteri. Onun yarımsistemləri arasında uyğunluq və qeyri-bərabərlik. Sosial sistemin təbii əsası və şərtləri. Cəmiyyət təkrar istehsaldır. Təkrar istehsalın növləri: maddi nemətlər istehsalı, insan nəslinin təkrar istehsalı, ictimai əlaqələrin və münasibətlərin təkrar istehsalı və mənəvi həyatın təkrar istehsalı. Əmək fəaliyyətində formalaşan ictimai münasibətlər sosial sistemin inkişafının substansional əsasıdır. Sosial-tarixi prosesdə qanunauyğunluq və təsadüfilük, şüurluluq və kortəbiilik. Cəmiyyət və idarəetmə. Sosial informasiya anlayışı. Sosial sistemin inkişafında idarəetmənin rolu




Yüklə 214 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin