Tarixi prosesin fəlsəfi təhlili. Fəlsəfi fikirdə tarixi prosesi dövrləşdirmək axtarışları. Tarixi prosesin obyektiv əsaslandırılması problemi. Tarixi proses olmaqla cəmiyyət daim inkişafda və irəliləyişdə olan rəngarəng sosial orqanizmdir. Tarix fəlsəfəsi və ya sosial fəlsəfə tarixi prosesin hərəkətverici qüvvələri, onun dövrlərə və inkişaf mərhələsinə bölünməsi istiqaməti problemlərini öyrənir. G.Hegel: tarixi proses dünya ruhunun öz-özünü dərk etməsi pillələridir. Yenikantçılar tərəfindən tarixi prosesin aksioloji izahı. M.Veberin ideal tiplər təlimi. Marksın ictimai-iqtisadi formasiya təlimi: müsbət cəhətləri və məhdudluğu. Bu təlimin cəmiyyətdə gedən ümuminteqrasiya proseslərini açmaqda acizliyi. Tarixi prosesə sivilizasiya mövqeyindən yanaşma metodologiyası. Onun tarixin bir mərhələsindən digərinə keçidin səbəbləri və mexanizmini aşkar edə bilməməsi. Tarixi prosesə formasiya və sivilizasiya baxımından yanaşmaları bir-birilə tamamlamağın zəruriliyi
Tarixi prosesin mənası problemi. K.Yaspers tarixi prosesin sxemi haqqında. Sosial dinamikanın müasir anlamı. Onun xətti və tsiklik tipləri. Tsiklik dəyişikliklərin sistemli – funksional və tarixi növləri. Tarixi prosesdə inqilab və təkamül formalarının münasibəti. Sosial inqilab anlayışı, onun xarakteri, hərəkətverici qüvvələri, iqtisadi əsasları, obyektiv və subyektiv səbəbləri, tarixi tipləri və formaları
İctimai tərəqqi anlayışı. Cəmiyyətin inkişaf istiqamətlərinin fəlsəfi fikirdə müxtəlif izahı. Bəşər tarixinin mənası və istiqamətinə dair müasir konsepsiyalar: kulturoloji yanaşma, ekzistensial baxış, antitarixilik. İctimai tərəqqinin meyarları. Sosial həyatın ayrı-ayrı tərəflərində inkişafın qeyri-bərabərliyi və tərəqqinin ümumi meyarlarını müəyyənləşdirməyin çətinliyi. Azadlıq ictimai tərəqqinin ümumi meyarı və məhsuludur.
Dünya tarixi prosesinin vəhdəti və rəngarəngliyi. Müasir dövrdə ictimai tərəqqidə ümumbəşəri inteqrativ keyfiyyətlərin artması meyli.
Dostları ilə paylaş: |