FəLSƏFƏ fənni üzrə proqram tibb və tibb təmayüllü ixtisaslı mütəxəssislər üçün



Yüklə 214 Kb.
səhifə1/33
tarix02.01.2022
ölçüsü214 Kb.
#34779
  1   2   3   4   5   6   7   8   9   ...   33
FELSEFE kitab formasi proqram 2020


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

ATU-nun “İctimai fənlər kafedrası”

FƏLSƏFƏ

fənni üzrə

PROQRAM

Tibb və tibb təmayüllü ixtisaslı mütəxəssislər üçün

nəzərdə tutulmuşdur

Bakı – 2020
Fəlsəfə” fənni üzrə tədris proqramını

Azərbaycan Tibb Universitetinin “İctimai fənlər” kafedrasının əməkdaşları

professor Əliyev Q.C., dosent Paşayev M.Ə., dosent Səfərova G.H.., dosent Qəniyeva F.M. tərəfindən hazırlanmışdır.

Elmi redaktor: professor Əliyev Q.C.
Rəy verənlər: professor Məmmədəliyev Z.

Dosent Şirin M.M..

GİRİŞ
Tərtib olunmuş proqramda – fəlsəfi biliyin mənəvi mədəniyyətin ən qədim sahələrindən biri olması, fəlsəfəni öyrənməyin əhəmiyyəti, təbiət fəlsəfəsi, cəmiyyət fəlsəfəsi, təbabət fəlsəfəsi və fəlsəfi dünyagörüşünün digər nəzəri əsasları öz əksini tapmışdır.

Proqram doktorant və magistrlərin fəlsəfi bilikləri mənimsəmələri, onların dünyagörüşünün formalaşmasında mühüm rolu və müəllimlərin elmi-metodiki fəaliyyətlərində əhəmiyyətli tövsiyələr nəzərə alınmaqla hazırlanmışdır.

Fənnin məqsədi:

Fəlsəfəni öyrətməyin məqsədi doktorant və magistrləri ictimai fikir tarixinin fəlsəfi ideyaları ilə tanış etmək, o cümlədən Azərbaycan ictimai-fəlsəfi fikrində olan cərəyanları, onların nümayəndələrini və konseptual baxışları öyrətməkdən ibarətdir. Doktorant və magistrlərdə fəlsəfəyə dair elmi-nəzəri dünyagörüşü formalaşdırmaq, fəlsəfənin cəmiyyətdə yeri, rolu və əhəmiyyəti, onun qanunları və ayrı-ayrı sahələrdə fəlsəfənin əhəmiyyəti haqqında onlara bilik verməkdən, bütövlükdə, insan-cəmiyyət-dünya münasibətlərini dərk etməkdən ibarətdir. Doktorant və magistrlər bu fənni öyrənməklə əsl vətəndaşlıq mövqeyinin nədən ibarət olduğunu dərk edən ona sahib ola bilirlər.




Yüklə 214 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin