Müasir bazar iqtisadiyyatı münasibətlərində xüsusi mülkiyyətin rolu
Sosial fəlsəfədə xüsusi mülkiyyəti öyrənərkən xüsusi mülkiyyətin bazar iqtisadiyyatında oynadığı rolunu xüsusi qeyd etmək lazımdır.Müasir dövrdə bir sıra ölkələrdə bazar iqtisadiyyatı çox inkişaf etmişdir.Azərbaycan müstəqillik qazandıqdan sonra bazar iqtisadiyyatında əsaslı dəyişikliklər olmuşdur.Bazar iqtisadiyyatında mülkiyyət formalarından geniş istifadə olunur.Burada üstünlüyü dövlət mülkiyyəti təşkil etsədə,yeni iqtisadi sistemə əsasən xüsusi mülkiyyətin rolu artırılır və cəmiyyətdə hər bir sahənin inkişafına təkan verilir.
Qədim zamanlarda,hələ ibtidai icma quruluşunda insanlar kollektiv mülkiyyətdən istifadə edirdilər və hər şey hər kəs arasında bərabər bölünürdü.Əmək bölgüsünü yarandıqdan sonra insanlar arasında bazar münasibətləri yaranıb inkişaf etməyə başladı.İnsanlar öz mülklərindən əldə etdiklərini başqaları ilə mübadilə edirdilər.Bu isə müasir bazarın yaranmasına böyük təkan oldu.
Bazar münasibətləri sistemində mülkiyyətə sahib olanlar arasında qarşılıqlı rəqabət mövcud olur ki,buda zaman-zaman zəiflərin rəqabətə tab gətirə bilməməsi ilə nəticələnir.Azərbaycanda bazar iqtisadiyyatında rəqabət olduqca çoxdur.Bazar mülkiyyətində dövlət mülkiyyəti,xüsusi mülkiyyətlə yanaşı başqa mülkiyyət formalarından da istifadə edirlər.Xüsusi mülkiyyətin formaları olan kollektiv mülkiyyət,səhmdar cəmiyyəti mülkiyyəti,icarə mülkiyyəti və s. bazar iqtisadiyyatı münasibətlərində geniş istifadə olunur.
Bazar münasibətlərində dövlətlə mülkiyyətçilər arasında qarşılıqli əlaqə mövcuddur.Bu əlaqə bir çox hallarda ölkələrdə mənfi tərəfləri ilə yadda qalır.Azərbaycan qazandıqdan sonra davamlı olaraq mülkiyyət islahatı keçirilir ki,buda çoxukladlı bazar iqtisadiyyatının formalaşmasında öz müstəsna rolunu göstərir.Mülkiyyət islahatları nəticəsində Azərbaycan dünya birliyinə qovuşması getdikcı artır.
Cəmiyyətdə baş verən proseslər hər bir sahəyə öz təsirini göstərir.Xüsusi mülkiyyətə malik olan insanlar bazarda istehsal və itehlak nəticəsində öz gəlirlərini artırmağa çalışırlar.Burada baş verən rəqabət isə humanist yönümlü olmur.Bazar münasibətlərinə dövlət əksər hallarda müdaxilə edir,lakin dövlətdən əlavə bazar münasibətlərində istehlakçıların hüquqlarını qoruyan cəmiyyətlər,qruplar,birliklər mövcuddur.Dövlətin bu işə müdaxiləsi labüddür,dövlət bazar münasibətlərinin törətdiyi nöqsanları aradan qaldırmağa xidmət edir.”Dövlətin “gözə görünməyən əli və iti gözləri”(A.Smit) bazar iqtisadiyyatının törətdiyi eybəcərliklərin aradan qaldırılmasında müstəsna rol oynayır.”(Борисов Е. Экономическая, М.,1999, с. 89-90).
Bazar iqtisadiyyatında müasir dövrdə xüsusi mülkiyyət ətrafında rəqabət çox şiddətli hal alır.Bir çox inkişaf etmiş ölkələrdə bir şəxs mülkiyyətə sahib olduğu zaman ondan istifadə etməyi və qazanc əldə etməyi bilmirsə qısa müddət ərzində rəqabətə dözmür və məhv olur.Bazar iqtisadiyyatının spesifik xüsusiyyətləri bundan ibarətdir ki,burada mülkiyyətə sahib olan şəxs öz mülkiyyətindən azad istifadə etməklə gəlir əldə edə bilər.
Sovet ölkələrində müasir dövrdəki kimi bazar münasibətləri inkişaf etməmişdi.Azad sahibkar öz mülkündən istədiyi kimi istəfadə edə bilmirdi.Bir çox təzyiqlərlə qarşılaşan mülkiyyətçi dövlət tərəfindən ciddi nəzarətlə qarşılaşırdı.Müasir demokratik sistemin mövcud olduğu indiki dövrdə mülkiyyətçi bu və ya digər formada bazarda öz mövqeyini azad şəkildə nümayiş etdirir.Düzdür,müasir dövrdə də bazar münasibətlərində bir çox nöqsanlar mövcuddur.Dövlət bu nöqsanları aradan qaldırmaq üçün bir çox islahatlar yerinə yetirir.
Bazar iqtisadiyyatında mülkiyyətin fəaliyyəti cəmiyyətin digər üzvlərinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.Cəmiyyət həyatında bazar münasibətləri
9 Борисов Е. Экономическая, М.,1999, с. 89-90
digər sahələrlə vəhdət təşkil edir.Bu münasibətlər ən çox mülkiyyət üzərində qurulur.
Müasir dövrdə bazar münasibətləri bir ölkənin daxilində deyil,ölkənin xaricinə də çıxır.Ölkələrarası münasibətlər bazar münasibətləri yolu ilə də tənzimlənir.Bazar münasibətləri nəticəsində cəmiyyətdə sosial bərabərsizlik və təbəqələşmə meydana gəlir.Hər bir insanın mülkiyyəti və ondan gələn gəlir başqa mülkiyyətçinin mülkiyyətindən və gəlirindən fərqlənir.Bazar münasibətləri dövlətin var olması üçün çox mühüm əhəmiyyət kəsb edir.
Nəticə
Beləliklə buradan belə nəticəyə gəlirik ki,xüsusi mülkiyyət mülkiyyət forması olmaq etibarı ilə istər qədimdə,istər müasir dünyamızda öz spesifikliyi ilə xüsusi yerlərdən birini tutur.Sosial fəlsəfədə də xüsusi mülkiyyət dərindən araşdırılr və öyrənilir.
İnsan övladı qədimdən bu günə kimi cəmiyyətdə müəyyən bir yer tutmaq,özünü sübut etmək üçün bir çox yollara baş vurmuşdur.Bu yollardan biri də xüsusi mülkiyyətdir ki,bütün sahələrdə xüsusi mülkiyyət genniş istifadə olunur.Hər bir kəs azad şəkildə öz mülkündən istədiyi kimi istifadə etmə hüququna malikdir və cəmiyyətin inkişafı üçün sosial həyatda mülkiyyətin rolu böyükdür.
Sosial fəlsəfə digər elmlərdən fərqli olaraq xüsusi mülkiyyəti cəmiyyətin bütün sahələrində araşdırır,buna hüquqi,iqtisadi,sosial və s. daxildir.
Xüsusi mülkiyyət uzun bir inkişaf yolu keçmişdir.Bir çox sistemlərdə xüsusi mülkiyyətə dair baxışlar müxtəlif olsada,yalnız xüsusi mülkiyyət tam olaraq məhv olmamış öz fəaliyyətini dayandırmamışdır.Sosializm kapitalizmdən fərqli olaraq xüsusi mülkiyyətə qarşı olmuşdur,insanların bərabərliyini yaratmaq istəyən Marks marksizm nəzəriyyəsində bu məsələ haqqında geniş məlumat vermişdir.Müasir dövrdədə xüsusi mülkiyyət dövlət mülkiyyətindən üstün deyil,lakin dövlət mülkiyyətindən daha önəm kəsb edir.
Cəmiyyətin sosial həyatında baş verən dəyişiklər xüsusi mülkiyyətədə öz təsirini göstərmişdir.Bazar iqtisadiyyatında zaman-zaman xüsusi mülkiyyət formalaşmış və müasir görkəmini almışdır.Bu münasibətlər nticəsində hər hansısa cəmiyyət inkişaf etmiş ya da süquta uğramışdır.
Sosial fəlsəfə cəmiyyətin hər bir sahəsini dərində öyrənməyə çalışır.Mülkiyyət münasibətləridə sosial fəlsəfənin əsas məsələlərindən biridir.Bu münasibətləri öyrənərkən biz xüsusi mülkiyyət haqqında biliklərə yiyələndik.Xüsusi mülkiyyətin bir çox təzahür formaları ilə tanış olduq.Marksist doktrinasının hökm sürdüyü ölkələrdə xüsusi mülkiyyətə münasibət haqqında fikirlərə rast gəldik.
Xüsusi mülkiyyət dünyada cəmiyyətin,dövlətin yaranmasının əsasını təşkil edir.Dövlət xüsusi mülkiyyətin yaranması nəticəsində yaranmış və bu günə kimi uzun inkişaf yolu keçmişdir.
Dostları ilə paylaş: |