Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə47/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   43   44   45   46   47   48   49   50   ...   187
fəlsəfə mühazirələr.doc 2

Aristotel. Klassik dövr “üçlüyünün” sonuncusu Aristotel (m.ö. 384-322) Stagir şəhərində anadan olmuş, on səkkiz yaşından Platon Akademiyasında təhsil almışdır. Platonun ölümündən sonra Akademiyanı tərk etmiş, bir müddət səyahətlərdə olmuşdur. M.ö. 343-cü ildə Makedoniya çarı II Filippin dəvəti ilə oğlu, gələcəkdə böyük sərkərdə olmuş İsgəndərə dərs demişdir. Sonra, m.ö. 335-ci ildə Afinaya qayıtmış, burada Likey adlı məktəbini yaratmışdır. Makedoniyalı İsgəndərin ölümündən sonra Afinadan qaçmış, növbəti il, m.ö. 322-ci ildə Evbeydə vəfat etmişdir.

Aristotel fəlsəfəni üç hissəyə bölür:

- nəzəri fəlsəfə: burada varlıq və varlığın müxtəlif sferaları, bütün mövcudluğun mənşəyi, müxtəlif hadisələrin səbəbi təhlil olunur;

- praktiki fəlsəfə: insan və dövlətin fəaliyyəti (etika və siyasət);

- poetik fəlsəfə: ritorika, incəsənət və s.

Aristotel faktiki olaraq fəlsəfənin dördüncü bölməsi kimi qeyd olunan məntiqin banisi sayılır.

Varlıq problemini təhlil edən Aristotel Platon təlimini tənqid etmişdir. Platona görə bütün ətraf aləm iki yerə: “şeylər dünyası” və “xalis (cisimsiz) ideyalar dünyasına” bölünür. Birincilər ikincilərin maddi inikasıdır. Bu ideya ilə razılaşmayan Aristotel hesab edir ki, “xalis ideyalar” dünyası mövcud deyil. Yalnız təkcə və konkret şeylər dünyası mövcuddur. “Xalis ideya” anlayışını inkar edən Aristotel varlıq nədir sualına “varlıq haqqında mühakimələr”, daha doğrusu kateqoriyalar vasitəsilə cavab verməyə çalışır. Bu suala aydınlıq gətirəcək on kateqoriya ayırır, onlardan biri varlıq nədir sualına cavab verirsə, qalan doqquzu varlığın xarakteristikasıdır. Bu kateqoriyalar: mahiyyət (substansiya), kəmiyyət, keyfiyyət, münasibət, yer, zaman, vəziyyət, hal, hərəkət, iztirab. Başqa sözlə desək Aristotelə görə varlıq – mahiyyət (substansiya) olub, digər doqquz xassəyə malikdir.

Aristotel fəlsəfəsində mühüm yerlərdən birini materiya problemi tutur. Materiya nədir? Aristotelə görə materiya forma ilə məhdudlanmış potensiyadır. Məsələn, tunc kürə –bu, tuncdur, kürəvariliklə məhdudlanıb. Bu problemi təhlil edən filosof aşağıdakı nəticələrə gəlir:

- Yerdə bütün mahiyyət potensiyaya (xalis materiya) və formaya malikdir;

- bu keyfiyyətlərdən ən azı birinin (ya materiya, ya da forma) dəyişməsi predmetin mahiyyətinin dəyişməsinə gətirir;

- bütün gerçəklik –bu materiyadan formaya və formadan materiyaya ardıcıl keçiddir;

- potensiya (material) passiv, forma isə aktiv başlanğıcdır;

- bütün mövcudluğun ən ali forması, dünyadan kənar varlıq –Allahdır.

Dövlət problemlərini təhlil edən Aristotel dövlətin altı tipini fərqləndirir: monarxiya, tiraniya, aristokratiya, ifrat oliqarxiya, oxlokratiya (kütlənin hakimiyyəti, ifrat demokratiya), politiya (mötədil oliqarxiya ilə mötədil demokratiyanın qarışığı). Aristotel “pis” (tiraniya, ifrat oliqarxiya və oxlokratiya) və “yaxşı” (monarxiya, aristokratiya və politiya) olaraq dövlət formalarını iki yerə bölür. Aristotelə görə ən yaxşı dövlət forması politiyadır.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin