Skeptiklər. Bu cərəyanın ən görkəmli nümayəndəsi Elidalı Pirron (m.ö. 360-270) Sekst Empirik (təq. m.s. II-III əsrlər) hesab olunurlar.
Antik dövr üçün iki növ skeptisizm xasdır:
a) hissi qavrayışlara şübhə: onlar ziddiyyətli olduğu üçün aldadıcıdır. Pirron qeyd edir ki, şeylərin axıcılığı və keyfiyyətcə dayanıqlı olmamaları onların qavramada qeyri-dəqiq fərqləndirilməsinə aparır. Ona görə də onlar haqqında həqiqət, yoxsa yalan kateqoriyaları ilə mühakimə yürütmək mümkün deyil. Zahiri əşyalar haqqında mühakimələrdən imtina zəruridir.
b) deduktiv nəzəriyyələrdə (çıxış aksiomlarda) şübhə. Pirron hesab edir ki, çıxış aksiomunu tapmaq mümkün deyil. Verilmiş mühakimənin səhih olmasını heç kim bilmir və bu mümkün deyil. Çünki, səhih çıxış aksiomlar yoxdur, bunsuz isə deduktiv əqlinəticə ola bilməz. O, deyirdi: “Sübutun həmişə meyara ehtiyacı var, düzgün meyar isə ona görə ola bilməz ki, onun öncədən sübut olunmasına inam yoxdur”.
Buradan isə əxlaqi və məntiqi skeptisizm alınır: başqasının fəaliyyəti üçün müəyyən nizama üstünlük verilməsi heç vaxt rasional ola bilməz. Ona görə də yaşadığın ölkə qanunlarına tabe ol. Pirrona görə xoşbəxtlik tam təmkinlik, ehtirassızlıq, sakitlik nəticəsinə əldə olun bilər.
Dostları ilə paylaş: |