Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


M.Qarabaği. Azərbaycanın görkəmli fikir insanlarından olan Mühiyiddin Məhəmməd Əli oğlu Qarabaği



Yüklə 0,99 Mb.
səhifə76/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   72   73   74   75   76   77   78   79   ...   187
fəlsəfə mühazirələr.doc 2

M.Qarabaği. Azərbaycanın görkəmli fikir insanlarından olan Mühiyiddin Məhəmməd Əli oğlu Qarabaği (?-1645) Qarabağda anadan olmuş, dini və dünyəvi elmləri öz vətənində öyrənmişdir. Sonralar Kiçik Asiyaya köçərək orada yaşamışdır.

M.Qarabağinin varlıq və idrak haqqında fikirləri mövcud ideya cərəyanları, ələlxüsus peripatetizm və kəlam əsasında yaranıb formalaşmışdır. Mütəfəkkirin fəlsəfi görüşləri metafizika məsələlərinin filosoflar və mütəkəllimlər tərəfindən geniş müzakirəsinə onun müdaxiləsi zamanı aydın və konkret şəkil almışdır.

M. Qarabağinin fəlsəfi təlimində varlıq problemləri ilk sırada dayanır. Onun ontoloji baxışları varlığın vacib və mümkün qisimlərə bölünməsi, vacib varlığın isbatı və s. ilə əlaqədar məsələlərin şərhində meydana çıxır. O, “Filosofları təkzib” əsərində Farabi, İbn Sina, Bəhmənyar və b. peripatetiklərin, Qəzali, F.Razi və b. mütəkəllimlərin ideyaları zəminində maraqlı fəlsəfi ümumiləşdirmələr aparmışdır. Burada tədqiqat obyekti müxtəlif “təkziblərdə” irəli sürülən tezislərdir. Onlardan biri peripatetiklər tərəfindən söylənilən “İlk başlanğıc öz-özlüyündə vacib edəndir, ixtiyarla fəaliyyət göstərən deyildir” müddəasıdır. M.Qarabaği bunu təkzib edən Mustsfa Xocazadənin dəlillərinin ardınca öz izahlarını vermişdir.

M.Qarabağinin mütəkəllimlərin filosoflara qarşı sırf qərəzini qeyd etməklə ideologiyada belə münasibəti məqbul saymamış, tədqiqatda obyektivliyi üstün tutmuşdur. O, yazır: “Filosofların bu mövzudakı dəlilləri Allahın varlığını və birliyini isbat baxımından nə qədər yetərsiz isə də onların burada söylədikləri sözlərdə müxaliflik yoxdur, bunlara şübhə edilməz. Eləcə də kəlamçıların nə qədər dəlilləri vardır ki, bu mövzunun isbatı baxımından tam səriştəli olmayıb, əksikdir”.

Beləliklə, Məhəmməd Qarabaği fəlsəfi məsələlərdə peripatetiklərin və sxolastların baxışlarını gözdən keçirib, onlara tənqidi yanaşmış, tərəflərdən bəzən birini, bəzən də hər ikisini rədd etmiş, əsas etibarilə barışdırıcı mövqedə durmuşdur.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin