Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə144/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   140   141   142   143   144   145   146   147   ...   187
fəlsəfə mühazirələr.doc 2

Elmi idrakda həqiqətin meyarı bir neçə amillə müəyyənləşir: məntiqi –məntiqi ziddiyyət və səhvlərin axtarılması; eksperiment –bu və ya digər nəzəriyyənin həqiqiliyinin lokal səviyyədə yoxlanılması; modelləşdirmə -gerçək obyektlərin iri miqyaslı model və riyazi modellərinin hazırlanması; və nəhayət praktika.

Qeyd etmək lazımdır ki, elmi idrakda həqiqətin meyarı olan praktika xüsusi əhəmiyyət kəsb edir. Praktika –ictimai subyektin məqsədyönlü maddi-dəyişdirici fəaliyyətidir. Praktikainsanın yalnız təsadüfi əməli olmayıb, biliyin bütövlükdə cəmiyyət tərəfindən təkrarlanan zəruri istifadə prosesidir.



Bədii idrakda həqiqətin meyarı sənətkarın həyatı nə qədər səhih və obyektiv təsvir etməsi yox, bədii əsərin oxucu, dinləyici və tamaşaçıya necə təsir etməsi ilə müəyyənləşir. Əgər sonuncular katarsis (təmizlənmə) yaşayırlarsa, bu faktın özü bu və ya digər incəsənət əsərinin bədii dəyəri və düzgünlüyü olacaq.

Xüsusi çətinlik törədən məsələlərdən biri də fəlsəfi idrakda həqiqətin meyarının müəyyənləşdirilməsidir. Hansı filosofun daha həqiqi fəlsəfi təlim yaratması məsələsinin qoyuluşu mənasız və perspektivsizdir. Fəlsəfədə daha çox hansı mütəfəkkirin daha original dünyagörüşü təqdim etməsi dəyərləndirilir. Burada subyektiv-şəxsi komponent və filosofun mənəvi-dəyər mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Yalnız original və dərin (şəxsiyyətin mahiyyət dərinliyindən törəyən) fikir əks-səda verməyə, dialoqu mümkün etməyə səbəb ola bilər. Fəlsəfə yeni fikir törədən fikirdir. Bax bu səbəbdən müxtəlif xalqlar və dövrlərə məxsus filosofların dialoqunun (birbaşa, və yaxud virtual) dəstəklənməsi azad yaradıcı həqiqət axtarışının zəruri şərtidir.





Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin