Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə64/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   60   61   62   63   64   65   66   67   ...   187
fəlsəfə mühazirələr.doc 2

Tommazo Kampanella. İdeal cəmiyyətin digər konsepsiyasını italiyan filosof və şairi T.Kampanella (1568-1639) olmuşdur. Ömrünün 27 ilini katolik inkvizisiyanın zindanlarında keçirmiş dominikan-monax ictimai-siyasi fikir tarixinə əsasən yazdığı “Günəş Şəhəri” əsəri ilə düşmüşdür. Əsərdə hadisələr fantastik günəş şəhərində baş verir. Bu şəhərin sakinləri –solyarilər sosial ədalət prinsipinə əsaslanmış ideal cəmiyyət qurmuş, həyat və əməkdən zövq alaraq xoşbəxt ömür sürülər.

Kampanellaya görə Günəş Şəhərində bütün sosial ədalətsizliklərin mənbəyi olan xüsusi mülkiyyət yoxdur. Hər bir solyari məhsuldar əməklə məşğul olur, bu əməyin nəticəsi cəmiyyətin ümumi mülkiyyəti olur, sonra isə onun üzvləri arasında bərabər bölünür. Əmək təhsillə paralel gerçəkləşdirilir. Burada əsas diqqət uşaqların tərbiyəsinə yönəldilir: yeni doğulmuş uşaq valideynlərindən alınaraq xüsusi məktəblərdə tərbiyə edilir, müxtəlif elmi biliklərə yiyələnir, kollektiv həyata alışdırılır və onlara Günəş Şəhərinin digər qaydaları öyrədilir. Günəş Şəhəri dövrünün bütün peşə və biliklərinə yiyələnmiş, solyarilər tərəfindən ömürlük seçilmiş hakim – Metafizik tərəfindən idarə olunur.





Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin