Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə88/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   84   85   86   87   88   89   90   91   ...   187
fəlsəfə mühazirələr.doc 2

Monteskyö. Digər maarifçi, Volterin müasiri Şarl Lui Monteskyö(1689-1755) filosof, yazıçı, hüquqşünas, alim kimi məşhur olub. O, deizm tərəfdarı olmuş, cəmiyyət və dövlət haqqında Orta əsrlər ideyalarını inkar etmişdir. Xüsusilə, kilsənin hakimiyyət iddialarını və insan təşəbbüslərini boğmasını tənqid edir. Ona görə, tarix İlahi müqəddərat gücünə yox, insan tərəfindən yaradılır. Eyni zamanda cəmiyyətin quruluşuna iqlim və coğrafi şəraitin təsiri olduğunu (“coğrafi determinizm”) bildirir: isti iqlimə malik cənub ölkələri daha çox despotik, soyuq iqlimli şimal ölkələri demokratik cəmiyyətlər qurur, həlim iqlimli orta Avropa ölkələr isə periodik olaraq despotizmdən demokratiyaya, və əksinə demokratiyadan despotizmə keçid edirlər.

Dövlətin mənşəyi haqqında da Monteskyönün maraqlı ideyaları olmuşdur. O, hesab edir ki, dövlət yaranmamışdan öncə “təbii vəziyyət” hökm sürmüş, bu zaman insanlar yalnız öz instinktlərinə qulaq asaraq, digərləri ilə hesablaşmadan öz tələbatlarını ödəmişdir. Belə mövcudluq mümkün olmadıqda isə insanlar “ictimai müqavilə” əsasında dövləti qurmuşlar. “İctimai müqavilə” insanların biri-birinin hüquq və vəzifələrinin qarşılıqlı tanıması və ümumi hakimiyyətin yaradılmasını ehtiva edir.

Monteskyö təkcə dövlətin mənşəyi haqqında yox, həm də dövlətin idarə olunmasında, bu gün dünyanın əksər demokratik cəmiyyətlərinin idarəetmə sistemlərinin əsasını təşkil edən “hakimiyyətin bölünməsi” ideyasını da vermişdir. “Hakimiyyət bölünməsi” ideyasına görə cəmiyyətin daha səmərəli və optimal idarə olunması, despotizm və diktaturaya yol verilməməsi, hakimiyyətin bir əldə cəmləşməməsi üçün dövlət hakimiyyəti üç yerə: qanunverici, icraedici və məhkəmə -bölünməlidir.

Russo. Müasir Avropanın mənəvi mədəniyyətinin formalaşmasına böyük təsir göstərmiş böyük maarifçilərdən biri də Jan Jak Russo(1712-1778) olmuşdur. O, əsas diqqətini sosial-siyasi fəlsəfəyə yönəltmiş, inqilabi demokratiya mövqeyindən çıxış etmişdir.

Russo fəlsəfəsinin əsas müddəalarını aşağıdakı kimi ümumiləşdirmək olar. Ona görə:

- Allah dünyəvi iradə və dünyəvi zəkadır;

- materiya yaradılmayıb əbədi mövcuddur;

- insan fani bədən və ölməz candan (ruhdan) ibarətdir;

- insan dünyanı, xüsusilə şey və hadisələrin mahiyyətini sona qədər dərk edə bilməz;

- empirik (təcrübi) idrakın tərəfdarı olmuşdur;

Russo cəmiyyətdə ziddiyyətlərin əsas səbəbini xüsusi mülkiyyətdə görmüşdür. O, əzilmiş, hüquq və azadlıqlardan məhrum edilmiş xalqın üsyan etmək hüququnu əsaslandırmışdır. Russoya görə, ədalətli, ideal cəmiyyətdə hamı bərabər hüquqlara malik olmalı, xüsusi mülkiyyət hamı arasında bərabər bölünməlidir. Gələcək, ideal dövlətdə uşaq tərbiyəsinin prinsipial yeni sistemi tətbiq olunmalıdır. Uşaqlar cəmiyyətdən təcrid olunmuş xüsusi məktəblərdə oxumalı, azadlıq, dini xurafat və despotizmə dözümsüzlük ruhunda tərbiyə olunmalıdırlar.



D.Didro. Görkəmli maarifçi-filosoflardan biri də Deni Didro (1713-1784) olmuşdur. O, “Elm, incəsənət və peşə Ensiklopediyası” yaradılması ideyasını irəli sürmək və onu gerçəkləşdirməklə Maarifçiliyə böyük töhfə vermişdir. Elm, incəsənət, istehsalat sahəsində yeni biliklərin əksini tapdığı “Ensiklopediyanın” yaradılmasında dövrün Volter, Monteskyö, Kondilyak, Dalamber kimi görkəmli filosofları yaxından iştirak etmişlər.

Didronun maarifçi ideyalarına görə dövlət “ictimai müqavilə” nəticəsində yaranıb. Ona görə də, kral və feodalların hakimiyyəti İlahi mənşəyə malik deyil. İdeal dövlət isə “maariflənmiş monarxiyadır”.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin