2. Dialektikanın prinsipləri
Dialektikanın yuxanda qeyd etdiyimiz prinsiplərdən ikisi
predmet və
hadisələrin ən ümumi əlaqəsi və inkişaf prinsipləri
xüsusi əhəmiyyətə malik
olduğundan onlar üzərində ayrıca dayanmaq lazımdır.
Obyektiv aləmin mühüm xassələrindən birini predmet və hadisələrin ən
ümumi əlaqəsi təşkil edir.
Bu məsələdə dialektika metafizikanın tam əksinədir.
Predmet və hadisələrin öyrənilməsində analitik tədqiqat metodunun birtərəfli
tətbiqi üzündən onları qarşılıqlı əlaqədən kənarda, təcrid olunmuş halda öyrənən
metafizikanın əksinə olaraq, dialektika belə hesab edir ki, bizi əhatə edən dünya
bütöv bir tamdır və onu təşkil edən bütün predmet və hadisələr ümumi qarşılıqlı
əlaqədədir. Hər şeyin hər şeylə universal qarşılıqlı əlaqədə və təsirdə olduğu
dünyada bir-
birlərindən təcrid olunmuş predmet və hadisələr yoxdur. İki baxışda
təcrid olunmuş kimi görünən predmet və hadisələr arasında çox müxtəlif əlaqələr
vardır.
Bəs əlaqə nədir?
Əlaqə
obyektlər arasında mövcud olan
şərtlənmədir ki, onu bilmək predmet
və hadisələrin yalnız keçmiş və indiki halını deyil, həm də gələcək halını müəyyən
etməyə imkan verir. “Əlaqə” anlayışı həcmcə “hərəkət” və “inkişaf”
anlayışlarından daha geniş olub, yalnız dəyişikliyi və prosesləri deyil, ümumiyyətlə,
hadisələrin hər cür şərtlənməsini və asılılığını əhatə edir.
Hazırda
əlaqənin iki aktual növü
:
dinamik və kinetik növləri fərqləndirüir
.
Aktual əlaqə baxılan anda obyektlər və orqanların ünsürləri arasında qarşılıqlı
təsirdir. Aktual əlaqə dinamik əlaqə olub hökmən müəyyən qüvvə vasitəsi ilə
həyata keçirilir. Məsələn, cismlərin cazibəsi, qarşılıqlı təsiri aktual əlaqədir.
Genetik əlaqə isə bilavasitə qarşılıqlı təsirdə olmayan bir cinsli obyektlərin və eyni
bir prosesin müxtəlif hallarının ümumi cəhətlərini ehtiva edən əlaqədir. Məsələn,
Uralda bitən şam ağacı ilə Şimali Qafqazda bitən şam ağaclarının ümumi cəhətləri
onların genetik əlaqəsini əks etdirir.
Predmet və hadisələrin ən ümumi əlaqəsi haqqında dialektika prinsipinin
obyektiv əsasını gerçəkliyin bütün predmet və hadisələrinin maddi ümumiliyi
təşkil edir. Tarixən ictimai praktika və idrakın nəticələrinin ümumiləşdirilməsi kimi
meydana çıxan ümumi əlaqə anlayışı dünyanın ən müxtəlif predmet və
hadisələrinin əlaqəsini, hərəkət, məkan və zamanın zəruri dialektik əlaqəsini, yəni
materiyanın özünün obyektiv varlıq formaları ilə əlaqəsini ehtiva edir. “Ən ümumi
əlaqə” anlayışında bütün maddi olanın, habelə maddi və idealın, onların tarixi
hərəkət və inkişafında təzahür edən münasibət və
qarşılıqlı təsiri ifadə
olun
muşdur.
Real əlaqələri mürəkkəblik dərəcəsinə, xarakterinə, dərinliyinə, ümumilik
dərəcəsinə və s. görə qruplaşdırmaq olar. Dialektika bütün əlaqələri deyil, yalnız
maddi və mənəvi aləmin bütün sahələrində təzahür edən ən ümumi
əlaqələri
öyrənir. Bu əlaqələr sırasında müstəqil və dolayı, daxili və xarici, mühüm və qeyri
-
mühüm, zəruri və təsadüfi, səbəbiyyət və s. əlaqələri göstərmək olar.
İki və daha çox predmet bir
-
birilə bilavasitə əlaqədədirsə bunlar arasındakı
əlaqə müstəqimdir. Məsələn, orqanizm onun yaşadığı təbii mühitlə müstəqim,
bilavasitə əlaqədədir. Predmetləri hər hansı aralıq vasitələrilə bağlayan əlaqə
dolayı (vasitəli) xarakter daşıyır. Məsələn, insan əmək fəaliyyəti prosesində
təbiətlə bilavasitə deyil, müəyyən əmək alətləri vasitəsilə əlaqəyə girir. Daxili
əlaqə predmetin, hadisənin cəhətləri, ünsürlərinin əlaqələridir. Xarici əlaqə isə
predmet və hadisənin onu əhatə edən başqa predmet və hadisələrlə əlaqəsidir.
Məsələn, növ daxilində orqanizmlərin əlaqələri daxili, müəyyən növün başqa
növlərlə əlaqəsi isə xarici əlaqədir.
Öz əhəmiyyəti cəhətdən də əlaqələr müxtəlifdir. Bəzi əlaqələr müəyyən
prosesin inkişafında mühüm, başqaları isə az əhəmiyyətli rol oynayır. Müəyyən
hadisə üçün vacib olub onun simasını, daxili təbiətini müəyyən edən əlaqələr
mühüm, yerdə qalan müəyyənedici olmayan əlaqələr isə qeyri
-mühümdür.
Məsələn, bitkilərin Günəş ilə əlaqəsi mühüm xarakter daşıyır, çünki Günəş enerjisi
olmadan onlar yaşaya bilməz. Bitkilərin başqa səma cismləri ilə əlaqəsi isə qeyri
-
mühümdür.
Göründüyü kimi, elmin və ictimai praktikanın inkişafı gedişində əlaqələrin
müxtəlif növləri müəyyən edilmiş və onları ifadə etmək üçün müvafiq anlayışlar
-
qarşılıqlı təsir, səbəbiyyət, zərurət və təsadüf, məzmun və forma, mahiyyət və
təzahür, imkan və gerçəklik və s. kimi anlayışlar işlənib hazırlanmalıdır.
Yuxanda qeyd etdiyimiz kimi, cisim və hadisələrin əlaqə formalarından biri
genetik, yəni inkişaf əlaqəsidir ki, bu da əksliklərin mübarizəsi vasitəsilə köhnənin
aradan qalxması və yeninin meydana gəlməsini əks etdirir. Müəyyən hüdud və
tarixi məzmunda götürüldükdə inkişaf təbiət, cəmiyyət və təfəkkürün tarixidir,
tarixilik isə öz növbəsində dialektikanın mahiyyətidir. Buna görə də inkişaf prinsipi
materialist dialektikanın başlıca prinsiplərindən biridir. Dialektika inkişafın
obyektiv aləmin predmet və hadisələrinin qarşılıqlı əlaqəsi ilə üzvi surətdə bağlı
olduğunu göstərir. Obyektiv aləmdə qarşılıqlı təsir sayəsində heç bir şey dəyişməz
qalmır, hər şey dəyişir, bir haldan başqa hala keçir. Lakin gerçəklikdəki dəyişikliklər
xarakterinə, mahiyyətinə görə fərqlənirlər. Onlardan bəziləri sadədən mürəkkəbə
keçidi ifadə edir və buna görə yüksələn xətt üzrə baş verən dəyişikliyi mütərəqqi
hərəkəti təşkil edir. Bir qism dəyişikliklər isə obyektiv aləmin mürəkkəb maddi
obyektlərinin sadələşməsinə və ya dağılmasına səbəb olur və buna görə də
tənəzzül hərəkətini təşkil edir. Buradan aydındır ki, hərəkət və inkişaf nə qədər
yaxın olsalar da, onları eyniləşdirmək olmaz. Hərəkət dedikdə hər cür dəyişi
klik
nəzərdə tutulduğu halda, inkişaf yalnız yüksələn xətt üzrə baş verən hərəkətdir.
Dialektikaya görə, inkişaf obyektiv qanunauyğunluq olub, həm təbiətdə, həm
cəmiyyətdə, həm də təfəkkürdə baş verir. Cansız təbiətdə inkişaf maddi
obyektlərin əlaqələrinin
və hərəkət formalarının mürəkkəbləşməsi ilə
səciyyələnən dəyişikliklər şəklində özünü göstərir. Məsələn, mineralların və
suxurların, müəyyən fiziki cisimlərin meydana gəlməsi; fiziki sahələrdə elementar
zərrəciklərin, elementar zərrəciklər atomların, atomlardan molekulların,
molekullardan isə fiziki cisimlərin əmələ gəlməsi buna aydın misaldır.
Canlı təbiətdə inkişaf canlıların biokimyəvi strukturunun və funksiyalarının
təkmilləşməsində ifadə olunur. Bu sahədə mütərəqqi inkişaf hüceyrəyə qədərki
canlılardan hüceyrə quruluşuna malik canlıların meydana gəlməsi, bitki və
heyvanlar aləminin yaranması və inkişaf edərək daha da təkmilləşməsi xətti ilə baş
verir. İnsan cəmiyyəti də dəyişib inkişaf edir. Həm də burada inkişaf daha sürətlə
baş verir. Ümumiyyətlə, hərəkətin daha yüksək formasına keçildikcə inkişafın
sür'əti artır. İnkişaf mənəvi aləmə, təfəkkür sahəsinə də aiddir. İnsanların şüuru,
təfəkkürü, ideyaları, nəzəriyyələri, baxışları da əks etdirdikləri maddi aləmin
inkişafına uyğun olaraq dəyişir, inkişaf edir.
Deyilənlər göstərir ki, dialektikanın ən mühüm cəhətlərindən biri dünyanın
fasiləsiz və qanunauyğun inkişafını qəbul etməkdir. Lakin inkişaf prinsipini qəbul
etmək özlüyündə kifayət deyildir. Əsl məsələ onun necə başa düşülməsindədir.
Bunun
la əlaqədar olaraq inkişafın bir
-
birinə əks olan iki metafizik və dialektik
konsepsiyaları meydana çıxır.
Hərəkət və inkişafın metafizik konsepsiyasında öz
-
özünə hərəkət, onun
hərəkətverici qüvvəsi, mənbəyi, motivi kölgədə qalır, yaxud kənara yalnız, ilk
t
əkana və s. keçirilir. Bu nəzəriyyə inkişafa ancaq adicə böyümə və artma kimi
baxır. O, inkişafa yalnız kəmiyyət dəyişmələri kimi baxaraq inkişafın müəyyən
mərhələsində yeni keyfiyyətə keçilməsini qəbul etmir. Həmin nəzəriyyə inkişafın
mənbəyi və istiqaməti məsələsini də düzgün həll edə bilmir.
İnkişafın dialektik konsepsiyası isə obyektiv gerçəklikdə baş verən proseslərə
tam uyğun olaraq inkişafa kəmiyyət dəyişmələrinin toplanaraq yeni keyfiyyətə
keçməsi kimi baxır. Bu nəzəriyyə inkişafın mənbəyini predmet
və hadisələrdəki
əks tərəflərin, meyllərin qarşılıqlı münasibətində və mübarizəsində görür. Həm də
o, inkişafa sadədən mürəkkəbə, ibtidaidən aliyə doğru gedən irəliləmə prosesi
kimi baxaraq göstərir ki, əmələ gələn yeni, inkar olunan köhnə keyfiyyətlə var
islik
əlaqəsində olub onun bə'zi müsbət cəhətlərini daha yüksək pillədə təkrar edir.
İnkişafın bəhs etdiyimiz metafizik və dialektik nəzəriyyələrinin müqayisəsi
aydın göstərir ki, obyektiv gerçəkliyin inkişafının düzgün başa düşülməsi yalnız
inkişafın həqiqi elmi nəzəriyyəsi olan dialektika əsasında mümkündür. Məhz
həmin nəzəriyyə dünyanın elmi surətdə, doğru
-
düzgün dərk edilməsinə imkan
verir və obyektiv gerçəkliyin inkişafını qanunauyğun proses sayaraq onun ümumi
qanunlarını tədqiq edir. Dialektikanın qanunlarının mahiyyətini düzgün başa
düşmək üçün əvvəlcə
Dostları ilə paylaş: |