FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə105/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   101   102   103   104   105   106   107   108   ...   132
Fəlsəfə mühazirə

qanun və qanunauyğunluq 
anlayışlarını nəzərdən keçirmək 
lazımdır.
 
3. Dialektikanın qanunları. Kəmiyyət dəyişmələrinin keyfiyyət 
dəyişmələrinə və əksinə keçməsi qanunu
 
Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə qarılıqlı keçməsi 
gerçəkliyin ən ümumi, obyektiv qanunlarından biridir. Bu qanunun mahiyyətini və 
fəaliyyət mexanizmini başa düşmək üçün “keyfiyyət”, “xassə”, “kəmiyyət”, “ölçü”, 
“sıçrayış” və s. anlayışları bir
-
birindən fərqləndirmək və mənimsəmək lazımdır.


Məlumdur ki, gerçəklikdə çoxsaylı predmet və hadisələr vardır. Onlar nə 
qədər çox, bir
-
birinə bənzər və mürəkkəb olsalar da, əsasən biz onları qarışdırmır, 
bir-
birindən fərqləndiririk. Ona görə ki, onların hamısının spesifik, ancaq 
özünəməxsus fərqləndirici xüsusiyyətləri, xassələri, keyfiyyətləri vardır, məsələn, 
metallardan dəmir, polad, mis, qızıl və s. metal kimi ümumi xassələrə malik olsalar 
da, onların hər birinin ayrılıqda özünəməxsus atom çəkisi, elektriki keçirmə 
qabiliyyəti, hava və rütubətə davamlılığı xassəsi, istilik keçirmə xüsusiyyətləri və s. 
vardır. Predmet və hadisələri bir
-
birindən fərqləndirmək imkanı verən əsas cəhət 
onların özünəməxsus xassələrinin, ən başlıcası isə keyfiyyətlərinin olmasıdır.
Keyfiyyət 

predmet və hadisəyə daxilən xas olan, onu başqa predmet deyil, 
məhz həmin predmet edən, saysız
-he
sabsız başqa predmetlərdən fərqləndirən 
ən başlıca cəhətdir, bütün mühüm xassələrin, qabiliyyət və cəhətlərin 
məcmusudur. 
Keyfiyyət, necə deyərlər, predmetin müəyyənliyi, mənliyidir. 
Keyfiyyətini itirdikdə cisim daha mövcud halını da itirmiş olur, başqa keyfiyyətə 
keçmiş, çevrilmiş olur. Bütün predmet və hadisələrin öz keyfiyyəti olmasaydı onda 
biz canlını cansızdan, insanı başqa canlılardan, təbiətdəki müxtəlif maddələri və 
cəmiyyət hadisələrini bir
-
birindən fərqləndirə, ayırd edə bilməzdik.
Məhz bu cəhətlərinə görə Hegel qeyd edirdi ki, keyfiyyət predmetin özüdür, 
onu təşkil edən cəhətdir, onsuz predmet özü mövcud olmazdı. Predmet öz 
keyfiyyəti ilə mövcuddur. Keyfiyyətini itirdikdə cismin yaşaması dayanır, daha 
köhnə halında mövcud ola bilmir.
Keyfiyyət xassələrdə təzahür edir, xassə predmet və hadisələrin başqaları ilə 
qarşılıqlı münasibətlərində meydana çıxır. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin