4. Əksliklərin vəhdəti və mübarizəsi qanunu. Ziddiyyətlərin növləri və tipləri Bu qanun ümumi hərəkət və inkişafın səbəblərini, mənbələrini, hərəkətverici
qüvvələrini müəyyən edir, “inkişaf nə səbəbə baş verir?” sualına cavab verir. Bu
nöqteyi-
nəzərdən bir sıra materialist filosoflar “əksliklərin vəhdəti və
mübarizəsi”nə inkişafın mənbələrini müəyyən etdiyi üçün “dialektikanın nüvə
si,
məğzi, özəyi” kimi baxırlar. Həmin filosoflara görə cisim və hadisələrin bir
-
biri və
daxili tərəfləri arasındakı ziddiyyətlər, onların mübarizəsi və həll edilməsi hərəkət
və inkişafın mənbəyi, səbəbidir, bunsuz, heç bir inkişaf baş verə bilməzdi. Bu
mənada inkişaf “özinkişafdir”, hərəkət “özhərəkətdir”, “əksliklərin vəhdəti və
mübarizəsidir”.
Əksliklərin vəhdəti və mübarizəsi qanununun mahiyyətini, inkişaf
prosesində rolunu və fəaliyyət mexanizmini dərindən anlamaq üçün “eyniyyət”,
“fərqlilik”, “ziddiyyət”, “əkslik”, “münaqişə” və s. anlayışların mahiyyətini bilmək,
onları fərqləndirmək zəruridir. Bu anlayışları iki mənada səciyyələndirmək olar:
a) “əkslik” gerçəklik hadisələrinə xas olan, onların inkişafını şərtləndirən ən ümumi
müəyyənlikdir, digər anlayışlar (“fərqlilik”, “ziddiyyət”, “münaqişə”
və s.) isə
əksliyin təzahür xüsusiyyətləridir;
b) “əkslik” ziddiyyətlərin kəskinləşməsi dərəcəsi,
mənafe fərqlərinin artıb tam qütbləşməsi və barışmazlığı forması və təzahürüdür.
Bu mənada “əkslik”
fərqliyin ziddiyyətə, ziddiyyətin inkişaf edib əksliyə və
münaqişəyə çevrilməsi prosesinin ifadəsi, ziddiyyətin yüksək və kəskin dərəcəsidir.
Bütün predmet və hadisələrlə ümumiləşdirən, eyniləşdirən oxşar cəhətlər,
həm də onu başqalarından ayıran fərqli cəhətlər, müxtəlifliklər vardır. Deməli, bır
hadisədə onu həm ümumi hadisələrlə birləşdirən, “eyniləşdirən”