FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


elementar hissəciklər, nüvə, atom, molekul, cisimlər, qalaktika, metaqalaktika



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə67/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   63   64   65   66   67   68   69   70   ...   132
Fəlsəfə mühazirə

elementar hissəciklər, nüvə, atom, molekul, cisimlər, qalaktika, metaqalaktika, 
fiziki sahənin müxtəlif növləri, ictimai proseslər və s. obyektiv reallığın ayrı
-
ayrı 
elementləridir. İnsan şüurunda, insan təfəkküründə, insan təxəyyülündə mövcud 
olan gerçəklik isə subyektiv reallıqdır. 
Subyektiv reallıq insanın zehni 
fəaliyyətinin, daha doğrusu, onun beyninin məhsuludu
r. Beynin fəaliyyətinin 
məhsulu olan fikirlər, anlayışlar, mülahizələr, obrazlar, elmi və qeyri
-elmi bi
liklər 
də reallıq olub, fəlsəfədə deyildiyi kimi, subyektiv reallıq anlayışını təşkil edirlər. 
Şifahi xalq ədəbiyyatında geniş işlənən cin, şeytan, pəri, əjdaha, yaxud elmi 
fantastik əsərlərdə təsvir olunan müəyyən hadisələr subyektiv reallıqdır
. İnsan 
şüurundan xaricdə mövcud olan obyektiv reallıq və onun in'ikası kimi ancaq 
insan şüurunda mövcud olan subyektiv reallıq ciddi surətdə fərqlənsələr də 
möhkəm vəhdətdə və əlaqədə olub bir
-
birinə qarşılıqlı tə'sir göstərirlər. 
Obyektiv və subyektiv reallığın bu vəhdət və əlaqəsi öz ifadəsini fəlsəfənin 
"varlıq" kateqoriyasında tapır.
İnsan obyektiv reallığın məhsulu, subyektiv 
reallığın: xülyalar,
kəşflər, ixtiralar, fantaziyalar aləminin yaradıcısıdır. Deməli, o,
obyektiv və subyektiv reallığın kəsişdiyi nöqtə və bu mə'nada varlığın mərkəzidir. 
İnsan yalnız bioloji varlıq deyil, o həm də sosial varlıq olduğuna görə 
informasiyaları, xüsusilə də onun yüksək forması olan biliyi yaratmaq, toplamaq
hifz etmək və sonrakı nəsillərə ötürmək qabiliyyətinə malikdir. Bu isə bəşəriyyətin
yaşaması üçün olduqca vacibdir.


Varlıq kateqoriyasını təhlil edərkən, onun 
maddi və mə"nəvi 
varlıqdan ibarət 
olmasını xüsusi qeyd etmək lazımdır. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin