Sıçrayış -
köhnə keyfiyyətdən yeni keyfiyyətə keçid formasıdır, predmet və hadisənin açıq, sürətli keyfiyyət d əyişkənliyinin ifadəsidir. Keyfiyyət
dəyişkənliyinin tədricən baş verməsi belə, yenə sıçrayışdır, çünki burada köhnə
keyfiyyət halından yenisinə keçilir. Buna görə də sıçrayışın da iki növü
fərqləndirilməlidir:
tədrici (yavaş
-
yavaş) və
ani, sürətlə (təcili, qəflətən) baş verən
keyfiyyət dəyişikliklərini ifadə edən sıçrayışlar. Deməli, sıçrayışlar vaxt etibarilə
qəflətən, ani olaraq da baş verə bilər, illərlə davam edən bir müddət ərzində də
baş verə bilər. Məsələn, Yer üzərində insanın əmələ gəlməsi milyon illərlə davam
edən ən böyük keyfiyyət sıçrayışıdır. Müəyyən bir sosial inqilab isə bir il
müddətində və ya bir ay, bir neçə gün və bir an içərisində baş verə bilər. Əgər
mikroproseslərdə sıçrayış ani, hətta bir saniyədə baş verirsə, kosmik proseslərdə
mily
ard illəri əhatə edir.
Məhz bu cəhətlərə görə inkişafın təkamül və inqilab kimi iki formasını da
qeyd etmək olar. Təkamül tədrici kəmiyyət artımı mərhələsinə, inqilab isə
keyfiyyət dəyişikliyi mərhələsinə, sıçrayışlara uyğundur.
Təkamül -
mövcud olanın
tədricən, kəmiyyətcə dəyişməsini nəzərdə tutursa, inqilab mövcud olanın əsaslı
keyfiyyət dəyişikliyidir, sıçrayışdır. Onlar qarşılıqlı əlaqədədir və inkişaf prosesində
biri digərinə keçə bilər. Lakin fəlsəfə tarixində təkamül və inqilabın qarşılıqlı təsir
əlaqələrini qəbul etməyən baxışlar da olmuşdur. Məsələn, inkişaf haqqında
metafizik konsepsiya tərəfdarları inkişaf prosesində inqilabi sıçrayışları rədd edir,
ancaq təkamül artımını, azalma və artmanı, təkrarı qəbul edir, keyfiyyət
dəyişkənliyini deyil, təkamülü, tədrici inkişafı məqbul sayırlar.
İnkişafın ən ümumi və obyektiv qanunu olan kəmiyyət dəyişmələrinin
keyfiyyət dəyişmələrinə qarşılıqlı keçməsi –
“öz hərəkətin”, “özinkişaf”ın
mexanizmini, xarakterini, mahiyyətini ifadə edir, inkişafın necə, hansı formalarda
baş verdiyini müəyyən edir, insanları inkişafın səciyyəvi xüsusiyyətləri, formaları,
mərhələləri və s. haqqında qanunauyğunluqlarla silahlandırır.