FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə11/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   7   8   9   10   11   12   13   14   ...   132
Fəlsəfə mühazirə

tənqidi funksiyası
da vardır. Belə ki, o bütün əvvəlki mədəni irsi, 
mifoloji, dini təsəvvürləri, tarixi-fəlsəfi təlimləri tənqidi təhlil edib, yaradıcı 
qiymətləndirməyə, mürəkkəb fəlsəfi problemlərin müasir həllini verməyə 
çalışmışdır. Dünya haqqında yeni fəlsəfi baxışların hazırlanması prosesi, həmişə 
müxtəlif növ yanılmaların, gerçəkliyin dərk edilməsindəki səhvlərin, dinin, 
mövhumatın və i.a. tənqidi təhlili yolu ilə baş verir. Tənqidi fəlsəfi təfəkkürün 


məqsədi yeniliyə mane olan hər şeyin - ehkamçılığın, köhnəlmiş baxışların, zərərli 
mənəvi stereotiplərin tamamilə aradan qaldırılmasından ibarətdir. Fəlsəfənin bütün 
inkişafı tarixi köhnəliyə qarşı yeniliyin qələbəsi uğrunda necə mübarizə etdiyinə 
və özünün tənqidi funksiyasını necə həyata keçirdiyinə dair zəngin nəzəri və 
konkret material verir.
QƏDİM ŞƏRQ FƏLSƏFƏSİ və QƏDİM AZƏRBAYCAN 
P L A N 
1.
 
Fəlsəfənin mənşəyi və inkişaf mərhələləri
 
2.
 
Qədim Şərqdə fəlsəfi fikir (Misir və Babilistan)
 
3.
 
Qədim Şərqdə fəlsəfi fikir (Hindistan və Çin)
 
4.
 
 
Zərdüştilik və onun müqəddəs kitabı Avesta
 
5.
 
Zərvanilik, məzdəkilik, maniçilik dini
-
fəlsəfı ideyalar
 
1.
Fəlsəfə bütün mövcudluğu ərzində meydana gəldiyi tarixi şəraitin, insan 
biliklərinin və ictimai praktikanın in'ikasından ibarət olmuşdur. Fəlsəfi biliyin 
formalaşması və inkişafı tarixi isə işin əslində müəyyən tarixi dövrün fikirdə yığcam 
ifadəsindən başqa bir şey deyildir. Hegel «Fəlsəfə tarixindən mühazirələr»ində 
göstərir ki, fəlsəfə sistemlərinin ardıcıllığı da ideyanın məntiqi tə'riflərinin 
tərtibindəki ardıcıllığın eynidir. Fəlsəfə tarixində meydana gəlmiş sistemlərin əsas 
anlayışlarının xarici formalarından azad olunmasına nail olunsa, müxtəlif bilik 
sahələrinin əsil tə'rifləri alına bilər. 
Fəlsəfənin meydana gəlməsi insanların yaşadıqları təbii və sosial mühitə 
uyğunlaşması üçün kafi olan empirik biliklərin çatışmadağı, mifoloji dünya 
qavrayışından dünyagörüşünə uzun müddətli keçid şəraitində baş vermişdir. Bu cür 
kəskin qnoseoloji situasiya ağır və ləng xarakter daşıyırdı, çünki onun həll edilməsi 
üçün müəyyən şərtlər tələb olunurdu.
Belə bir tarixi varlıq şəraiti sivilizasiyaya qədərki ibtidai-icma quruluşundan 
sivilizasiyaya keçid, əqli əməklə fiziki əmək arasında bölgünün baş verməsi
onunla əlaqədar olaraq elmlə məşğul olan xüsusi adamların meydana gəlməsi oldu. 
Tunc dövründən dəmir dövrünə keçid nəticəsində məhsuldar qüvvələrin 
inkişafındakı sıçrayışlar, əmtəə münasibətlərinin meydana gəlməsi, icma-tayfa 
strukturunun pozulması, dövlətlərin təşəkkül tapması və digər amillər fəlsəfənin 
meydana gəlməsini şərtləndirdi.
K.Yaspers
elmin və fəlsəfənin yaranması dövrünü təhlil edərək «məhvər 
zamanı» (ox zamanı) konsepsiyanı irəli sürmüş, həmin anlayışla tarixdə mifoloji 


şüurdan dünyanın və insanın elmi-fəlsəfi anlaşılmasına keçiddən ibarət olan 
kəskin dönüşü ifadə etmişdir. Bu dönüş isə e.ə. birinci minilliyin 800-200-ci illəri 
arasında baş vermiş, eyni bir vaxtda qədim sivilizasiyaların bütün yerlərində 
Misirdə, Babilistanda, Çində, Hindistanda, Yunanıstanda, İudeyada, İranda fəlsəfə 
və elmin meydana gəlməsi üçün əlverişli şərait yaranmış, həmin yerlərdə fəlsəfə və 
elm meydana gəlmişdir. Bu dövrdə Çində 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin