FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə111/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   107   108   109   110   111   112   113   114   ...   132
Fəlsəfə mühazirə

 
(müəyyən
 
bir şeydə) verilmiş olsun”. XVII
-XVIII 
əsrlər metafizikləri də iddia edirdilər ki, cisim və hadisələrdə heç bir daxili 
ziddiyyətlər yoxdur, “onlar özləri
-
özlərinin eynidir”.
Müasir praqmatizmin nümayəndəsi 
Sidney Huq 
qeyd edir ki “Aristolel 
zamanından bəri məntiq nəzəriyyəsi belə hesab etmişdir ki, şeylər və hadisələr 
deyil, mühakimələr, iddialar, sübutlar ziddiyyətli ola bilər”. Hələ vaxtilə 
ziddiyyətləri idealist mövqedən təhlil edən, onu ideyaların inkişaf mənbəyi sayan 
Hegel isə iddia edirdi ki, “ziddiyyətlər irəliyə hərəkət etdirir, inkişafı doğurur”. 
Metafiziklərin bir çox müasir nümayəndələri isə predmet və hadisənin ziddiyyətli 
mahiyyətini
 
qəbul etmir, ziddiyyətin real mövcudluğunu rədd edir, onun ancaq 
fikirlərdə, təfəkkürdə ola biləcəyini söylə
yir. 
Lakin əslində ziddiyyət obyektivdir, predmet və hadisənin başqa hadisələrlə 
və daxili tərəflərlə qarşılıqlı münasibətindən irəli gəlir: həyat və ölüm, maqnitin 
müsbət və mənfi qütbləri, canlı və cansız, müsbət və mənfi yük, təsir və əks təsir, 
maddələrin assimilyasiyası və dissimilyasiyası, siniflər mübarizəsi 

məhz bu 
obyektiv ümumi qanunauyğunluğu ifadə edir. F.Engels qeyd edirdi ki, “cisim ancaq 
daxili tərəfləri arasındakı qarşılıqlı münasibətdə mövcuddur. Bu münasibətlər bir
-
biri ilə fərqlənən, ziddiyyətə girən tərəflərin vəhdətini yaradır. Ziddiyyət də məhz 
belə tərəflər arasındakı münasibəti ifadə edir. Müxtəlif tərəfləri olmayan ziddiyyət 
yoxdur. Almanın yarısını yedikdən sonra onun bütöv qalmadığı kimi, ziddiyyətin də 
müxtəlif tərəfləri olmadan
o mümkün deyildir”. Ziddiyyətin tərəfləri bir
-
birini həm 
tələb edir, biri olmadan digəri yaşaya bilmir, həm də bir
-
birini rədd edir, aralarında 
mübarizə mövcud olur. Bu isə inkişaf üçün əbədi və obyektiv qanunauyğunluq 


olan “əksliklərin vəhdəti və mübarizəsini” doğurur. Bu, təbiətdə, cəmiyyətdə və 
təfəkkürdə fəaliyyət göstərən ən universal qanunauyğunluqdur.
Əksliklərin mübarizəsinin kulminasiya nöqtəsi, toqquşması səviyyəsi 
münaqişədir. 
Onu deyək ki, yeninin meydana çıxması müəyyən müddət (bəzən 
uzun zaman ərzində) köhnənin içərisində, lakin köhnə ilə yeninin mübarizəsi 
şəraitində baş verir. Bəzən hətta mübarizə edən tərəflər, ziddiyyətə girən meyllər 
arasında müvəqqəti tarazlıq, müvazilik vəziyyəti də əmələ gələ bilər. Bu vaxt 
mənafe əksliyi olan tərəflərin mübarizəsi nisbəti dinc formalarda davam edir. 
Lakin bu müvazilik müvəqqəti, nisbi səciyyə daşıyır.
 
Yeninin qarşısı alınmazlığı 
zəminində mənafe əkslikləri kəskinləşir, köhnə yeninin qələbəsi üçün buxova 
çevrilir. Bu şəraitdə ziddiyyətlər kəskinləşir, münaqişə, toqquşma baş verir. Yeni 
qüvvələr qalib gəlir, köhnəlik geri çəkilir və ya ləğv edilir, inkişaf yeni formalarda 
davam edir. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin