mövcuddur? Dünya harada mövcuddur? Burada və hər yerdə. O nə müddətə
mövcuddur? İndi və həmişə. Bəs ayrı
-
ayrı şeylər, orqanizmlər, adamlar nə
müddətə mövcuddur? Onlar sonlu və keçicidir. Yə"ni onlar yaranır, inkişaf edir və
müəyyən müddətdən sonra ölüb gedirlər, lakin yox olmurlar, yeni formalar kəsb
edir , başqa cisimlərə çevrilirlər. Problemin kökü, mə'nası, təbiətin keçici olmayan
varlığının şeylərin müxtəlif hallarının ötəri olan varlığı ilə ziddiyyətli vəhdətindədir.
Tam kimi dünyanın varlığı dünyada mövcud olan bütün şeylərin varlığından
ayrılmazdır.
Varlıq probleminin
ikinci aspekti
bundan ibarətdir ki, özlərinin mövcudluq
formalarına görə müxtəlif olan təbiət, insan, fikirlər, ideyalar, cəmiyyət eyni
dərəcədə mövcud olub, hər şeydən əvvəl öz mövcudluqlarına görə sonsuz, keçici
olmayan dünyanın bütöv vəhdətini əmələ gətirirlər.
Varlı
q
Dostları ilə paylaş: