FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


indi mövcud olan hər şey artıq uzaq keçmişdə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə81/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   77   78   79   80   81   82   83   84   ...   132
Fəlsəfə mühazirə

indi mövcud olan hər şey artıq uzaq keçmişdə
 
də mövcud 
idi;
"indi", keçmişin əbədi dövranından başqa bir şey deyildir. 
Təsadüfi deyildir 
ki, arxaik miflərdəki süjetlərin heç birində "keçmiş", "indi" və "gələcək" arasında 
keçidlər və ümumiyyətlə bu kateqoriyalar özləri mövcud deyildir. Dünyanın nə 
va
xtsa formalaşmış ilkin halı,
 
həmin miflərdə demək olar ki, dəyişilmədən hər 
yerdə və həmişə mövcud reallıq kimi iştirak edir. Ümumiyyətlə, mifoloji təfəkkürə 
dəyişkənlik, prosessuallıq ideyaları yabançıdır. Nə vaxtsa baş verən hadisə mifdə 
heç vaxt tamamla
nıb başa çatmır. Ən qəribəsi budur ki, hadisə nəinki baş verib 
qurtarmır, o heç davam da etmir. Mifik hadisə haqqında yalnız onu demək olar ki, 
o əbədi mövcuddur, lakin başlanğıcı və sonu, ardıcıl aralıq mərhələləri olan proses 
şəklində deyil, mütləq, dəyişməz olan predmet, əşya şəklində mövcuddur.
Məkan və zaman haqqındakı təsəvvürlərin təzəcə formalaşmağı ilk dövrlərdə 
qədim insanın təfəkkürü onları hələ maddi predmet və hadisələrin ayrıca bir tərəfi 
kimi seçib ayıra bilmirdi. Varlığın məkan və zaman xarakteristikası onunla tam 
bitişik şəkildə təsəvvür olunurdu. Məsələn, hətta Homerdə belə "gün" sözü zaman 
anlayışı ilə hansısa bir təbii predmet 
kimi,
 
sanki prosesin "yerişi", addımı kimi 


təsəvvür olunurdu. Məkan haqqında təsəvvürün maddi predmetlərin özündə

təcrid olunaraq, müstəqil varlıq kimi anlaşılmasına ilk dəfə olaraq atomistlərin 
təlimində rastlaşırıq. Demokrit məkanı boşluqla eyniləşdirərək, onun 
mövcudluğunu atomların mövcudluğu qədər real hesab edirdi. Məkanı maddi 
predmetlərdən asılı olmayaraq mövcud olan müstəqil varlıqdan ibarət hesab edən 
baxış 
substansional konsepsiya 
adlanır. Zamana münasibətdə substansional 
konsepsiya məkanla birlikdə sistematik olaraq ilk dəfə Nyutonun mütləq məkan və 
zaman konsepsiyasında öz əksini tapmışdır. Nyutona görə,
məkan
-zaman maddi 
cisimlərin müəyyən ardıcıllıqla yerləşdiyi rəflər, pillələrdir.
Substansional konsepsiyanın əksinə olaraq, Leybnits məkan və zamanın 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin