FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


İnikasın tarixən ikinci səviyyəsi bioloji inikasdır



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə92/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   88   89   90   91   92   93   94   95   ...   132
Fəlsəfə mühazirə

İnikasın tarixən ikinci səviyyəsi bioloji inikasdır

Canlı orqanizm xarici 
təsirlərə başqa cür cavab verir, o mühitə uyğunlaşır, xaricdən olan müxtəlif 
təsirlərə müxtəlif cavablar verərək, mühitin əlverişli və zərərli amillərini bir
-
birindən fərqləndirir.
Xarici təsirlərin nəticələrindən fəal istifadə edilməsinə 
əsaslanan bu inikası
funksional informasiya inikası adlandırmaq
olar. Bu halda 
informasiya geniş mənada, yəni orqanizmin ətraf aləmdə fəal oriyentasiyasına 
imkan yaradan xassəsi kimi başa düşülməlidir. İnformasiya inikasına məruz qalan 
sistem xarici təsir ilə öz halını dəyişməklə yanaşı, həm də öz hərəkətlərini buna 
muvafiq qurur. 
Məsələn

bitki mühitdə düzgün orientasiya götürə bilmək üçün 
özünün bütün imkanlarından istifadə edərək günəşə doğru can atır



İnformasiyalı inikas maddi aləmin təkamülünun canlı təbiət mərhələsində 
fəaliyyətə başlayır.
Onun aşağıdakı növləri məlu
mdur:

birhüceyrəli sadə bitki və heyvanların qıcıqlanması
;

heyvan və insanın orqandaxili reaksiyalarının tənzimlənməsi zamanı 
əsəb toxumalarının həyacanlanmaları
(neyrofizioloji inikas) ; 

və nəhayət, 
psixi inikas. 
Funksional inikasın ən yüksək səviyyəsi sosial inikasdır

O, ictimai şüurun 
bütün formalarını, habelə inikasın insan psixikasının, şüurun fəaliyyəti ilə bağlı 
olan fərdi inikasın yeni sahəsi 

şüur, abstrakt təfəkkür formalaşır

İnikasın canlı təbiət üçün səciyyəvi olan ilk forması qıcıqlanmadır

Qıcıqlanma
orqanizmin müəyyən qıcıqlandırıcıların təsirinə sadə, spesifik cavab 
reaksiyasıdır. (Məsələn, bitkilər günəş işığının təsiri ilə öz ləçəklərini yumur vəya 
açırlar
). 
Orqanizmin psixikaya qədərki forması olan qıcıqlanma zamanı onun xarici 
təsirlərə cavab reaksiyası bütünlüklə orqanizmin daxili enerjisi hesabına baş verir.
Bu halda xarici qıcıqlandırıcının enerjisi orqanizmdə yalnız daxili proseslər törədir.

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin