Qısasını desək, heyvan xarici təbiətdən ancaq istifadə edir və sadəcə olaraq özünün mövcud olması ilə bu təbiətdə dəyişikliklər əmələ gətirir, insan isə öz yaratdığı dəyişikliklərlə təbiəti öz məqsədlərinə xidmət etməyə məcbur edir. Onun üzərində hökmranlıq edir. Bu insanın heyvanlardan sonuncu fərqidir və bu fərqə də insan yalnız yenə əmək sayəsində nail olmuşdur. Hələ XIX əsrin 2– ci yarısında F.Engels indiki ekoloji böhran təhlükəsini görərək təbiət üzərindəki qələbələrlə öyünməməyi məsləhət görmüşdür ki, hər bir qələbə üçün təbiət bizdən intiqam alacaqdır.Onun fikrincə, təbiət üzərində heç də istilaçının özgə xalq üzərində hökmranlıq etdiyi kimi, təbiətdən kənarda olan kimsənin təbiət üzərində hökmranlıq etdiyi kimi hökmranlıq etməməliyik.