Sokratın fikrincə, müdriklərin məşğul olduğu ali fəaliyyət səviyyəsi insanı öyrənməklə əlaqədar olmalıdır. Əgər onun sələflərini təbiətin nə olduğu, şeylərin sonuncu reallığının nə olduğu maraqlandırırdısa, Sokratı insanın mahiyyəti nədir, onun təbiəti və sonuncu reallığı nəylə bağlıdır sualları maraqlandırırdı. Sokrat insan anlayışını mənəviyyat səviyyəsinə, ruh haqqında təlim səviyyəsinə qədər məhdudlaşdırmasına baxmayaraq («insan– ruhdur» və «ruh– insandır»), tam əsasla təsdiq etmək olar ki, Sokratın ideyaları insanın mahiyyətinin sonrakı tədqiqlərinə güclü təsir göstərmişdir.