4
XÜLASƏ:
Bud sümüyü boyun sınığı yaşlı xəstələrdə ən çox rastlanan sınıq tiplərindən biridir.
Bu sınıqlar müasir dövrdə də ortoped travmatoloqlar üçün həm müalicəsi, həm də
nəticəsi cəhətdən həll edilməmiş bir problem olaraq qalmaqdadır.
Xəstələrin çoxu yaşlı olduğu üçün osteoparoz səbəbi ilə internal fiksasiyada
boşalma baş verir. Sınığın stabilliyi və bitişməsi arasında korrelyasiya müxtəlif
məqalələrdə qeyd olunmuşdur. İmplantın miqrasiyasını azaltmaq və ikincili sınıq yer
dəyişməsinin qabağını almaq üçün bud sümüyü başına daha yaxşı tutuna bilən müxtəlif
dizaynda vintlər düzəldilmiş və müxtəlif materiallarla(PMMA, Kalsium fosfat)
gücləndirilmişdir.
Təcrübədə 48 ədəd insan bud sümüyü başının Q-KT vasitəsilə mineral sıxlıqları
ölçüldükdən sonra oxşar iki qrupa bölündü. Kontrol qrupu olaraq 7 mm kanallı
vintlər və təcrübə qrupu olaraq sement(PMMA) ilə gücləndirilmiş dizayn etdiyimiz 7
mm yivləri üstündə dəlikləri olan kanallı vintlər istifadə edildi. Hər qrup öz içində üç
bərabər alt qrupa bölündü. Hər alt qrupda 8 ədəd bud sümüyü başı istifadə edildi. Oxşar
mineral sıxlıqdakı bud sümüyü başlarının pull out, maksimum ekstraksiya torqu və cut
out nəticələri müqayisə edildi.
Pull out qrupunda İnstron cihazıyla 0.5 mm/san aksial pull out qüvvəti tətbiq
edilərək tutma gücü (N) ölçüldü. Qüvvə tətbiqi nəticəsində alınan rəqəmlər iki alt qrup
arasında əhəmiyyətli fərq olduğunu göstərdi(p<0.011).
Cut out qrupunda bud sümüyü başı İnstron cihazına taxıldıqdan sonra 5 N-la başlaıb
2 mm/dəq sürətlə aksial yüklənmə tətbiq edildi. Bu prosedura ən az 5 mm yer dəyişmə
olana qədər davam etdirildi. Əldə edilən rəqəmlər iki alt qrup arasında əhəmiyyətli fərq
olduğunu göstərdi(p<0.05).
Maksimum ekstraksiya torq qrupunda Torqmetr cihazı ilə 4º/san tərs istiqamətdə
torq (Nm) tətbiq edildi. Ekstraksiya vaxtı ən yüksək torq qüvvəti müəyyən edildi və
əldə edilən rəqəmlər iki alt qrup arasında əhəmiyyətli fərq olduğunu
göstərdi(p<0.0001).
5
Dizayn etdiyimiz vintin PMMA ilə gücləndirilməsi nəticəsində əldə edilən nəticələr
bu metodun klinikada tətbiq edilə bilməsi üçün zəmin yaratdı.