Femur boyun siniqlarinda kanalli şurupun yiVLİ QİSMİNƏ AÇilan dəLİKLƏRDƏn təZYİq altinda sement veriLƏRƏk tutma güCÜNÜn artirilmasi



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə37/41
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#1432
1   ...   33   34   35   36   37   38   39   40   41
Nömrə 

SMS(q/sm²) 



0,465 



0,742 



0,690 



0,328 



0,446 



0,357 



0,307 



0,289 



0,338 

10 

0,532 

11 

0,347 

12 

0,544 

13 

0,681 

14 

0,651 

15 

0,640 

16 

0,719 

 

 



Cədvəl 3. Oxşar SMS-larına görə bud sümüyü başlarının qarşılaşdırılması. 

 

 



 

 

 



 

 

 



Müqayisə edilənlər və SMS-ları 

1 - 0,465q/cm² 

5 - 0,446q/cm² 

3 - 0,690q/cm² 

13 - 0,681q/cm² 

6 - 0,357q/cm² 

9 - 0,338q/cm² 

7 - 0,307q/cm² 

8 - 0,289q/cm² 

10 - 0,532q/cm² 

12- 0,544q/cm² 

11 - 0,347q/cm² 

4 - 0,328q/cm² 

15 - 0,640q/cm² 

14- 0,651q/cm² 

16 - 0,719q/cm² 

2 -  0,742q/cm² 


47 

 

      İnstron cihazıyla 0.5 mm/san. aksial çəkmə tətbiq edilərək maksimum tutma qüvvəti 



(N)  ölçüldü(Qrafik  1).  Statistiki  analizlərdə  Unpaired  t-testi  istifadə  edildi.  p<0.05 

olmağı əhəmiyyətli qəbul edildi. Qüvvət tətbiqi nəticəsində alınan rəqəmlər iki alt qrup 

arasında əhəmiyyətli fərq olduğunu göstərdi(p<0.011) (Cədvəl 4),(Qrafik 2). 

 

Qrafik 1. n:6 ve n:8 bud sümüyü başlarının N ve mm-ə görə qrafiki. 

                                 

 

 



 

 

Qrafik 2. Müqayisə edilən qruplar arasında qüvvət ölçü fərqləri; 

Qırmızı: kontrol qrupu, Mavi: təcrübə qrupu. 

 

 



 

 

                        




48 

 

Cədvəl 4. Qarşılıqlı qruplar arasında qüvvət ölçü fərqləri. 



Kontrol qupu 

Təcrübə qrupu 

1 -    630,29 N 

5 -   1310,68 N 

      3 -    653 N 

          13 - 1075 N 

6 -    299,93 N 

9 -   1037,39 N 

7 -    208,65 N 

8 -   1237,54 N 

      10 -  1190 N 

12 – 1440,11 N 

      11 -  400 N 

          4 -   990 N 

      15 -  908 N 

14 – 1356,51 N 

      16 -  1197 N 

           2 -   2760 N 

 

 



 

      Cut out qrupu 

      Cut out(kompressiya) qrupunda 16 ədəd bud sümüyü başının Q-KT vasitəsilə SMS-

ları ölçüldü(Cədvəl 5). Ardından SMS-ları ən yaxın olan bud sümüyü başları 2 alt qrupa 

bölünərək müqayisə edildi(Cədvəl 6). Unpaired t-testi ilə qiymətləndirilərək müqayisə 

edilən  bud  sümüyü  başları  arasında  SMS-ları  cəhətdən  əhəmiyyətli  fərq  qeyd 

olunmadı(p=0.975). 

 

Cədvəl 5. Bud sümüyü başlarının Q-KT vasitəsilə SMS ölçü nəticələri.

 

Nömrə 



SMS(q/sm²) 



0,679 



0,293 



0,683 



0,453 



0,677 



0,669 



0,285 



0,688 



0,458 

10 

0,683 

11 

0,676 

12 

0,684 

13 

0,328 

14 

0,282 

15 

0,277 

16 

0,317 

 

 



 


49 

 

 



Cədvəl 6. Oxşar SMS’larına görə bud sümüyü başlarının müqayisə edilməsi. 

 

 



 

 

 



 

 

 



 

      İnstron  cihazı  ilə  bud  sümüyü  başına  şaquli  xəttə  5  N-la  başlayıb  2  mm/dəq. 

kompressiya ilə (ən az 5 mm) aksial yüklənmə tətbiq edildi. Çatışmazlıq nöqtəsi özünü 

yüklənmə-yerdəyişdirmə  tablosunda  xəttin  ani  düşüşüylə(fiksasiya  yerindəki  sınığa  və 

ya  implant  sınığına  bağlı)  göstərdi(Qrafik  3).  Statistiki  analizlərdə  Unpaired  t-testi 

istifadə edildi. p<0.05 olması əhəmiyyətli qəbul edildi. Qüvvət tətbiqi nəticəsində alınan 

rəqəmlər  iki  alt  qrup  arasında  əhəmiyyətli  fərq  olduğunu  göstərdi(p<0.05),(Cədvəl 

7),(Qrafik 4). 

      

 

Qrafik 3. n:7 ve n:12 bud sümüyü başlarının N ve mm-ə görə qrafiki. 



       

 

 

 



 

Müqayisə edilən başlar ve SMS-ları 

1 -  0,679q/sm²    

6 -   0,669q/sm² 

2 -  0,293q/sm²  

7  -  0,285q/sm² 

3 -  0,683q/sm²  

10 - 0,683q/sm² 

4 -  0,453q/sm²  

9  -  0,458q/sm² 

5 -  0,677q/sm²  

11 -  0,676q/sm² 

8 -  0,688q/sm²  

12 -  0,684q/sm² 

13 - 0,328q/sm² 

16 -  0,317q/sm² 

14 - 0,282q/sm² 

15 -  0,277q/sm² 


50 

 

 



Grafik 4. Qarşılıqlı qruplar arasında qüvvət ölçü fərqləri; 

Qırmızı: kontrol qrupu, Mavi: təcrübə qrupu. 

 

 

 



 

Cədvəl 7. Qarşılıqlı qruplar arasında qüvvət ölçü fərqləri. 

 

 

 

 



 

 

 



 

 

   



      Maksimum Ekstraksiya Torq Qrupu 

      Maksimum  ekstraksiya  torq(burma)  qrupunda  16  ədəd  bud  sümüyü  başının  Q-KT 

vasitəsilə  SMS-ları  ölçüldü(Cədvəl  8).  Ardından  SMS-ları  ən  yaxın  olan  bud  sümüyü 

başları  2  alt  qrupa  bölünərək  müqayisə  edildi(Cədvəl  9).  Unpaired  t-testi  ilə  

qiymatləndirilərək  müqayisə  edilən  bud  sümüyü  başları  arasında  SMS-ları  cəhətdən 

əhəmiyyətli fərq qeyd olunmadı(p=0.979). 



Kontrol qrupu 

Təcrübə qrupu 

1  -   536 N 

6  -   799 N 

2  -   108 N 

7  -   350 N 

10  - 494 N 

3   -  720 N 

4  -   406 N 

9  -   701 N 

11  - 532 N 

5   -  780 N 

12  - 530 N 

8   -  720 N 

13 -  278 N 

16 -  495 N 

14 -  183 N 

15 -  413 N 


51 

 

 



                        

                     Cədvəl 8. Bud sümüyü başlarının Q-KT vasitəsilə SMS ölçü nəticələri. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



                       Cədvəl 9. Oxşar SMS-larına görə bud sümüyü başlarının müqayisəsi. 

Müqayisə edilən başlar və SMS-ları 

2 -  0,717q/sm² 

11 - 0,735q/sm² 

4 -  0,278q/sm² 

13 - 0,277q/sm² 

6 -  0,518q/sm² 

1  -  0,527q/sm² 

8 -  0,517q/sm² 

16 - 0,517q/sm² 

10 - 0,717q/sm² 

7  -  0,719q/sm² 

12 - 0,279q/sm² 

3  -  0,281q/sm² 

14 - 0,735q/sm² 

5  -  0,737q/sm² 

15 - 0,275q/sm² 

9  -  0,276q/sm² 

               

 

 

      



Torqmetrə  ilə  4º/san.  tərs  istiqamətdə  torq-burma  (Nm)  qüvvəti  tətbiq  edildi. 

Ekstraksiya  vaxtı  ən  yüksək  torq  ölçüsü  təyin  edildi.  Digər  qüvvət  hesablamalarında 

oldiğu  kimi  statistiki  analizlərdə  Unpaired  t-testi  istifadə  edildi.  p<0.05  olması 

əhəmiyyətli  qəbul  edildi.  Qüvvət  tətbiqi  nəticəsində  alınan  rəqəmlər  iki  alt  qrup 

arasında çox əhımiyyətli fərq olduğunu göstərdi(p<0.0001),(Cədvəl 10),(Qrafik 5). 

Nömrə 

SMS(q/sm²) 



0,527 



0,717 



0,281 



0,278 



0,737 



0,518 



0,719 



0,517 



0,276 

10 

0,717 

11 

0,735 

12 

0,279 

13 

0,277 

14 

0,735 

15 

0,275 

16 

0,517 



52 

 

 



 

                         Cədvəl 10.

 

Qarşılıqlı qruplar arasında qüvvət ölçü fərqləri.

 

 

 



 

 

 



 

 

 



 

                       Grafik 5. Qarşılıqlı qruplar arasında qüvvət ölçü fərqləri; 

                                        Qırmızı: kontrol qrupu, Mavi: təcrübə qrupu. 

            

 

 

 



 

 

 



 

 

 



Kontrol qrupu 

Təcrübə qrupu 

2 – 0,475 Nm 

11 – 0,95 Nm 

4 – 0,19 Nm 

13 – 1,52 Nm 

6 – 0,19 Nm 

1  -  1,71 Nm 

8 – 0,475 Nm 

16 – 1,235 Nm 

10 – 0,19 Nm 

7  -  0,76 Nm 

12 – 0,76 Nm 

3  -  1,235 Nm 

14 – 0,19 Nm 

5  -  0,79 Nm 

15 – 0,475 Nm 

9  -  1,995 Nm 


53 

 

5.



 

MÜZAKİRƏ 

      


Bud sümüyü boyun sınıqları daha çox yaşlı insanlarda görülən bir patologiyadır və 

səhiyyə sistemində yüksək xərclərə səbəb olur. İmplant dizaynında, cərrahi metodlarda 

və  xəstə  qulluğundakı  inkişafa  baxmayaraq  müalicə  nəticələri  kifayət  qədər  üz 

güldürücü deyil. İnsanların ömrü uzandıqca bud sümüyü boynu sınıqlarının da görülmə 

tezliyi artmaqdadır.(9). 

      İmpaksiyalı və yerini dəyişməmiş bud sümüyü boyun sınıqlarında cərrahi müalicəni 

çoxlu  kanselloz  vintlər  və  dinamik  qalça  teli  təşkil  edir.  İlk  24  saat  içində  yuxarıdaki 

cərrahi  metodların  tətbiq  edildiyi  əməliyyat  nəticələrinin  müxtəlif  məqalələrdə 

qənaətbəxş  olduğu  göstərilmişdir.(9).  İmpaksiyalı  Garden  tip  1  sınıqlarında  sınıq 

xəttində  impaksiya  olduğu  üçün  müəyyən  ölçüdə  stabillik  olur.  Buna  baxmayaraq 

əməliyyat  edilməyən  impaksiyaı  bud  sümüyü  boynu  sınıqlarının  15%-indən  çoxunda 

yerdəyişmə  qeyd  olunmuşdur.  Yerini  dəyişməmiş  Garden  tip  2  bud  sümüyü  boynu 

sınıqlarında  impaksiya  və  stabillik  olmadığı  üçün  internal  fiksasiya  edilməyənlərin 

əksəriyyəti  yerini  dəyişdirir.(45).  Dinamik  qalça  vintinin  çoxlu  kanselloz  vintləmə 

metoduna  görə  biomexaniki  cəhətdən  daha  güclü  olduğu,  gələcəkdəki  ikincili  stres 

yüksəldən  təsirlərə  qarşı    subtroxanterik  bud  sümüyü  sınığı  riskini  azaltdığı  və 

reduksiya  vaxtı  sınıq  xəttində  kompressiya    əmələ  gətirdiyi  üçün  daha  üstün  olduğu 

bildirilmişdir. Dinamik qalça vintinin qoyulması üçün digər tərəfdən daha geniş cərrahi 

əməliyyat  lazım    olur  və  qanama  miqdarını  artırır.    Vintin  yerləşdirilməsi  vaxtı  bud 

başının rotasiyaya uğradığı və daha çox bud sümüyü başı osteonekrozuna səbəb olduğu 

bildirilmişdir.(8). Madsen et al. və Christie et al. tərəfindən çap etdirilən məqalədə tək 

böyük  kompressiya  vintinin  digər  kiçik  vintlərə  görə  bitişməni  azaltdığı 

göstərilmişdir.(32). 

      Yerini  dəyişmiş  bud  sümüyü  boynu  sınıqlarında  çoxlu  kanselloz  və  dinamik 

vintlərlə fiksasiya, bipolyar və ya unipolyar hemiartroplastika və total bud-çanaq oynağı 

artroplastikası  müalicəni  təşkil  edir.  60  yaşın  altında  olan  xəstələrdə  qəbul  edilən 

müalicə üsulu qapalı və ya açıq reduksiya və internal fiksasiyadır. 60 yaşın üstündə bud 



54 

 

sümüyü boyun sınığı keçirmiş aktiv xəstələr də açıq və ya qapalı reduksiya və internal 



fiksasiya üçün uyğun xəsətlərdir.(9).  

      Bud sümüyü boynu sınıqlarının internal fiksasiya ilə müalicəsi sonrası osteonekroz 

və bitişməmək kimi ağırlaşmalarına məqalələrdə geniş yer verilmişdir. Bu məqalələrdə 

osteonekroz  və  bitişməmək  kimi  ağırlaşmaların  sınığın  yerdəyişmə  dərəcəsi,bud 

sümüyü  başı  qan  dövranının  pozulması,  reduksiyamım  uyğunluğu  və  fiksasiyanın 

sərtliyi  ilə  əlaqədar  olduğu  göstərilmişdir.  Bu  ağırlaşmaların  10%-15%-nin  cərrahın 

kontrolunda  olmadığı  bildirilmişdir.  Erkən  anatomuk  reduksiya,  sınığın  kompressiyası 

və  rigid  internal  fiksasiyanın  sınıq  bitişməsinə  əsaslı  təsir  göstərməsinə  baxmayaraq, 

osteonekrozda bu həmişə qeyd olunmur.(45). 

      Lu-Yao və əməkdaşlarının 106 məqalədən ibarət metaanaliz yazısında bud sümüyü 

boynu sınıqlarının 23%-37%-ində  bitişməmə olduğu bildirilmişdir.(31). 

      Damani  və  əməkdaşları  18  məqalədən  ibarət  və  15-50  yaş  arası  564  xəstəli 

metaanaliz  yazısında  8.9%  xəstədə  bitişməmə  olduğunu  göstərmişdir.  Açıq 

reduksiyalarda  11.2%  və  qapalı  reduksiyalarda  4.7%  bitişməmə  olduğunu 

vurğulanmışdır.  Yerini  dəyişməmiş  sınıqlarda  0.9%  və  yerini  dəyişmiş  sınıqlarda  6% 

bitişməmə qeyd etmişlər.(11). 

      Bitişmə  problemində  olduğu  kimi  osteonekroz  da  ilkin  travmanın  böyüklüyü  və 

sınığın  yerdəyişmə  dərəcəsinə  bağlıdır.  Lu-Yao  və  əməkdaşlarının  dərc  etdiyi 

metaanaliz yazıda yerini dəyişmiş sınıqlarda kumulyativ osteonekroz nisbəti 11%-19% 

arasında  olmuşdur.  Xüsusilə  gənc  xəstələrdə  erkən,  uyğun  reduksiya  və  rijid  internal 

fiksasiyanın  lazım  olduğunu  vurğulamışlar.  Onlar  yerini  dəyişmiş  sınıqlarda  anatomik 

reduksiya  sonrasında  bükülmüş  və  gərgin  retinakulyar  arteriyaların  bir  qisminin 

açıldığını  və  rigid  internal  fiksasiyayla  da  vaskulyar  davamlılığın  qaytarıldığını 

bildirmişlər.(31). 

      Damany və əməkdaşlarının dərc etdirdiyi metaanaliz məqalədə 12 saatdan əvvəl və 

sonra müalicə edilən və ya qapalı və açıq reduksiya tətbiq edilən yerini dəyişmiş bud 

sümüyü  boynu  sınıqlarında  osteonekroz  nisbətləri  arasında  əhəmiyyətli  fərq 



55 

 

tapılmamışdır. Yerini dəyişmiş sınıqlarda 22.5% və yerini dəyişməmiş sınıqlarda 5.9% 



osteonekroz göstərilmişdir.(11). 

      Yerini  dəyişmiş  bud  sümüyü  boynu  sınığı  keçirmiş  yaşlı  xəstələrdə  internal 

fiksasiya  sonrası  ağırlaşmaların  tez-tez  rastlanması  cərrahların  əksəriyyətini 

artroplastika alternativinə yönəltmişdir. Artroplastikanın internal fiksasiyaya görə üstün 

və  çatışmayan  cəhətləri  vardır.  Artroplastika  sonrasında  xəstə  erkən  postoperativ 

dönəmdə  qısa  müddətdə  ayağına  yük  verərək  mobilizə  edilə  bilir.  Protez  cərrahiyyəsi 

konsepti  ilk  dəfa    təklif  edilərkən  bu  ən  üstün  cəhət  olaraq  qeyd  olunmuşdu.  Son 

vaxtlarda  internal  fiksasiya  ilə  müalicə  edilən    xəstələr  daha  aqressiv  mobilizasiya 

edildiyi  və  ən  azından  qismi  yük  verdirildiyi  üçün  bu  konsept  daha  az  əhəmiyyət 

daşımağa başlamışdır. Artroplastika cərrahiyəsi bud sümüyü boynu sınıqlarında görülən 

bitişməmə  və  osteonekroz  kimi  ağırlaşmaları  elimine  etməkdədir.  Hal  hazırda hələ  də 

bud  sümüyü  başının  qan  dövranını  tam  etibarlı  şəkilə  müəyyən  edən  metod  yoxdur. 

Gələcəkdə  avaskulyar bud sümüyü başlarını preoperativ müəyyən edərək artroplastika 

və ya internal fiksasiya cərrahiyyəsi qərarı verilə biləcəyi düşünülür. Protez cərrahiyyəsi 

internal fiksasiyaya görə təkrari əməliyyat miqdarını azaldır. Bu ancaq çox yaşlı xəstələr 

üçün qeyd olunur, çünkü vaxt keçdikcə protez cərrahiyyəsinin kumulyativ reoperasiya 

nisbəti  yüksəlir.  Artroplastika  sonrasında  mexaniki  və  ya  infeksiya  kimi  ağırlaşmalar 

olduqda  təkrari  əməliyyat  çox  mürrəkəb  hal  alır.  Bud  sümüyü  boyun  sınıqlarında 

internal  fiksasiya  tətbiq  edilən  xəstələrin  üçdə  ikisindən  çoxunun  həyatlarının  sonuna 

qədər  normal  funksiyalı  bud-çanaq  oynağı  ilə  yaşadıqlarını  unutmamaq  lazımdır. 

Artroplastika cərrahiyyəsi internal fiksasiyaya nisbətən böyük əməliyyatdır. Daha geniş 

cərrahiyyə və qan itikisi çox olan proseduradır. Bir çox məqalələrdə də ölüm nisbətini 

artırdığı göstərilmişdir.(45). 

      Hudson  və  əməkdaşlarının  dərc  etdirdiyi  məqalədə  yerini  dəyişmiş  bud  sümüyü 

boyun  sınığı  keçirmiş  367  xəstənin  8  illik  cərrahi  müalicə  nəticələri  bildirilmişdir.  Bu 

məqalədə  80  yaşın  üstündə  yerini  dəyişmiş  bud  sümüyü  boynu  sınığı  olan  xəstələrdə 

internal  fiksasiya  ilə  müalicə  edilənlərin  hemiartroplastikaya  göre  daha  çox  təkrari 

əməliyyat keçirdiyi göstərilmişdir. Yerini dəyişməmiş bud sümüyü boynu sınıqlarında 




56 

 

bu  iki  qrup  arasında  əhəmiyyətli  fərq  tapılmamışdır.  65-80  yaş  aralığında  olan 



xəstələrdə  isə  yerini  dəyişmənin  ölçüsündən  asılı  olmayaraq  internal  fiksasiya  və 

hemiartroplastikada təkrari əməliyyatlar arasında əhəmiyyətli fərq bildirilməmişdir.(23). 

      Bhandari  və  əməkdaşları  tərəfindən  dərc  edilən  bir  metaanaliz  məqalədə  1162  bud 

sümüyü  boynu  sınığı  keçirmiş  xəstələrdə  internal  fiksasiya  və  artroplastika  nəticələri 

müqayisə  edilmişdir.  Artroplastikanın  internal  fiksasiyaya  görə  təkrari  əməliyyatı 

azaltdığı,  bundan  başqa  isə  daha  çox  qan  itirilməsinə,  əməliyyatın  uzun  sürməsinə, 

yüksək infeksiya və ölüm nisbətinə səbəb olduğu bildirilmişdir.(7). 

      Bud  sümüyü  boynu  sınıqlarının  internal  fiksasiya  ilə  müalicəsində  mexaniki 

stabilliyi artırmaq üçün vint və ya tellər üç nöqtə prinsipinə uyğun yerləşdirilməlidir. Bu 

üç  nöqtəyə  lateral  korteks,  bud  sümüyü  kalkarı  və  bud  sümüyü  başı  daxildir.  Bu  üç 

nöqtə  içində  ən  zəif  yer  kanselloz  bud  sümüyü  başıdır.  Bud  sümüyü  boyun  sınığı 

keçirmiş xəstələrin çoxunda osteoparoz mövcuddur.  Bu səbəblə bud sümüyü başındakı 

kanselloz  sümük  daha  çox  osteoparoza  məruz  qalacaqdır.  İmplant  miqrasiyasını  və 

ikincili sınıq yerdəyişməsini azaltmaq üçün bud sümüyü başına daha güclü tutuna bilən 

vint  və  digər  implantlar  inkişaf  etdirilməsi  üçün  böyük  səylər  göstərilmişdir.(14). 

Sınığın stabilliyi və bitişməsi arasında korrelyasiya olduğu  müxtəlif məqalələrdə qeyd 

olunmuşdur.(43). 

      Vintin  bud  sümüyü  başına  tutunmasını  gücləndirmək  üçün  yiv  ölçüləri  və 

dizaynında dəyişikliklər edilmişdir. Bud sümüyü boynu sınıqlarının fiksasiyasında əsas 

problemlərdən  biri  sümük  keyfiyyəti  olduğu  üçün,  metal  implantın  xüsusiyyətlərinin 

inkişaf  etdirilməsindən  başqa  implant  ətrafındakı  sümük  keyfiyyətini  də  artırmaq 

lazımdır. Metal implantın ətraf toxumalara tutunmasını gücləndirmək üçün PMMA və 

kalsium fosfat kimi sementlər istifadə edilmişdir.(14). 

      Frederik və əməkdaşları tərəfindən dərc edilən boimexaniki təcrübədə AO, Olmed, 

Hansson,  ucunda  yiv  ilə  qarmağı  olan  hibrid  vintlər  və  LIH  qarmaqlı  telin  sintetik 

sümük  olan  poliuretanda  PMMA  və  kalsium  fosfatla  gücləndirilərək  pull  out  və 

ekstraksiya  torq  qüvvətləri  müqayisə  edilmişdir.  Təcrübədə  üç  fərqli  sıxlıqda  sintetik 

sümük  istifadə  edilmişdir.  PMMA  ilə  gücləndirildikdə  standart  metodlara  görə  hər  üç 




57 

 

sıxlıqda  pull  out  və  ekstraksiya  torq  qüvvəti  ölçülmələrində  əhəmiyyətli  dərəcədə 



yüksək fərq müəyyən edilmişdir. Kalsium fosfatla edilən gücləndirmələrdə bu fərq daha 

çox  aşağı  sıxlıqlı  sintetik  sümüklərə  tətbiq  edildikdə  görülmüşdür.  Kalsium  fosfatla 

edilən gücləndimələr vaxtı LIH qarmaqlı tel və hibrid vintlərdə hər üç sıxlıqda qüvvət 

ölçülmələrində artma müşahidə edilmişdir. AO, Olmed və Hansson vintlərində isə orta 

və yüksək sıxlıqdakı sümüklərdə qüvvət ölçülmələrində azalma qeyd olunmuşdur.(14). 

      Mattson  və  əməkdaşları  tərəfindən  edilən  randomizə  klinik  təcrübədə  yerini 

dəyişmiş  bud  sümüyü  boynu  sınığlı  118  xəstəyə  2  ədəd  Olmed  vintiylə  internal 

fiksasiya  tətbiq  edilmişdir.  Bu  xəstələrin  58-ində  kalsium  fosfatla  gücləndirmə  və  60 

xəstədə isə standart metodla fiksasiya edilmişdir. Gücləndirmə edilən qrupda 20 xəstədə 

və  kontrol  qrupunda  14  xəstədə  reduksiyanın  itirilməsi,  bitişməmə  və  ya  osteonekroz 

səbəbi  ilə  artroplastika  əməliyyatı  icra  edilmişdir.  Qruplar  arasında  ağrı  və  əzələ 

gücünün azalması ilə əlaqədar əhəmiyyətli fərq tapılmamışdır. Əməliyyat sonrası birinci 

həftədə  gücləndirilmiş  qrupda  gün  içindəki  fəaliyyətlər  daha  yaxşı  olduğuna 

baxmayaraq  növbəti  həftələrdə  hər  hansı  bir  fərq  qeyd  olunmamışdır.  Gücləndirilmiş 

qrup  daha  çox  təkrari  əməliyyata  səbəb  olduğu  üçün  bu  metod  tövsiyə 

edilməmişdir.(35). 

      Stankewich  və  əməkdaşları  tərəfindən  edilən  biomexaniki  təcrübədə  16  cüt  meyid 

bud  sümüyü  boynu  sınığı  modelində  7  mm  kanallı  vintlərlə  fiksasiya  edilmişdir. 

Kontrol  və  təcrübə  qruplarında  eyni  miqdarda  bud  sümüyü  başı  istifadə  edilmişdir. 

Təcrübə  qrupundakı  vintlər  kontrol  qrupundan  fərqli  olaraq  kasium  fosfatla 

gücləndirilmişdir.  Ardından  bud  sümüyü  başına  tam  yerdəyişmə  və  fiksasiya 

çatışmazlığı  əmələ  gələnə  qədər  şaqüli  vəziyyətdə  10mm/dəq  sürətlə  yüklənmə  tətbiq 

edilmişdir.  Təcrübə qrupuna kontrol qrupuna nisbətən əhəmiyyətli dərəcədə daha çox 

qüvvət tətbiq etmək lazım gəlmişdir.(49). 

      Von  der  Linden  və  əməkdaşları  tərəfindən  edilən  biomexaniki  təcrübədə 

osteoparozlu  proksimal  bud  sümüyü  sınıqlarında  dinamik  qalça  vinti  tətbiq  olunması 

nəticəsində  görülə  bilən  cut  out-un  qabağının  alınmasına  səy  göstərilmişdir.  Cut  out 

görülmə  sıxlığı  müxtəlif  məqalələrdə 1.1%-6.3%  arasında  göstərilmişdir.  Təcrübədə  8 




58 

 

cüt  meyiddən  alınmış  50  mm-lik  osteoparozlu  bud  sümüyü  proksimalı  istifadə 



edilmişdir.  Dinamik  qalça  vinti  kontrol  qrupunda  standart  metodlarla  bud  sümüyü 

proksimalına  qoyulmuşdur.  Təcrübə  qrupundakı  vintlər  zəif  axıcı  PMMA  ilə 

gücləndirilmişdir.  Bud  sümüyü  başlarına  şaquli  vəziyyətdə  2000  N  qüvvət  tətbiq 

edilərkən kontrol qrupuna daxil olanların hamısında, təcrübə qrupundakıların isə ancaq 

50%-ində 5 mm-dən çox yerdəyişmə müəyyən edilmişdir.(52). 

      Augat  və  əməkdaşları  tərəfindən  dərc  edilən  təcrübədə  bud  sümüyü  burma 

sınıqlarında  tətbiq  edilən  dinamik  qalça  vintinin  ağırlaşması  olan  cut  out  nisbəti 

azaldılmağa çalışılıb. Bu təcrübədə 9 cüt meyid bud sümüyü istifadə edilib və dinamik 

qalça  vinti  modifikasiya  edilib.  Modifikasiya  edilmiş  qalça  vintinin  yivli  qismi 

nazikləşdirilib  və  yivli  hissəsində  3  ədəd  2  mm  diametrində  kanala  açılan  dəlik 

yaradılmışdır.  Sementin  geri  qaçmasının  qabağını  almaq  üçün  isə  yivli  qisimdən 

proksimaldakı  hissə  genişləndirilib.  Kontrol  qrupunda  standart  dinamik  qalça  vinti, 

təcrübə  qrupunda  isə  müəlliflər  tərəfindən  dizayn  edilən  vint  istifadə  edilmişdir. 

Təcrübə  qrupunda  dizayn  edilən  vintin  kanalından  bud  sümüyü  başına  5  qr  zəif  axıcı 

PMMA  göndərilmişdir.  Bud  sümüyü  başına  şaquli  vəziyyətdə  yük  tətbiq  edilərkən 

gücləndirilən qrupda 39% daha az yerdəyişmə olduğu qeyd olunmuşdur.(5). 

      Təcrübəmizdə  48  ədəd  bud  sümüyü  başı  istifadə  edilmişdir.  Bütün  bud  sümüyü 

başları  bud  sümüyü  boyun  sınığı  keçirən  xəstələrdən  alınmışdır.  Alınan  bud  sümüyü 

başlarının  oynaq  səthindən  etibarən  ən  az  3  cm  olmasına  diqqət  yetirildi.    Yerini 

dəyişmiş  subkapital  sınıqların  bitişmə  ehtimalı  çox  az  olduğu  üçün  bu  proseduranın 

gələcəkdə daha çox transservikal sınıqlara tətbiq edilə biləcəyi düşünüldü. 

      Bud sümüyü başlarının Q-KT vasitəsilə mineral sıxlıqları ölçüldü və oxşar iki qrupa 

bölündü.  Bəzi  məqalələrdə  meyiddən  alınan  bud  sümüklərinin  sağ  və  sol  tərəfləri 

müqayisə  edilmişdir.(5,49,52).  Bud  sümüyü  başlarının  eyni  xəstədən  alınması  daha 

uyğun  olardı,  amma  ölkəmizdə  bu  miqdarda  meyiddən  alınmış  bud  sümüyü  tapmaq 

mümkün  deyildir.  Təcrübədə  istifadə  edilən  bud  sümüyü  başları  arasında  Q-KT 

vasitəsilə  ölçülən  SMS  dərəcələri  arasında  əhəmiyyətli  fərq  olmadığı  üçün  müqayisə 



59 

 

edilməsinə  bir  əngəl  görülmədi.  Bəzi  məqalələrdə  hətta  sintetik  sümüklər  istifadə 



edilmişdir.(14). 

      Kontrol  qrupu  olaraq  7  mm  kanallı  vintlər  və  təcrübə  qrupu  olaraq  isə  dizayn 

etdiyimiz  7  mm  yivləri  üstünsə  dəlikləri  olan  kanallı  vintlər  istifadə  edildi.  Kontrol 

qrupunun  olması  təcrübənin  əhəmiyyətini  artırdı.  Dizayn  etdiyimiz  vint  bir  çox  cəhəti 

ilə 7 mm AO kanallı vintə oxşamasına baxmayaraq sümüyə tutunmasını gücləndirən və 

sementin  daha  asan  yayılmasına  şərait  yaradan  dəyişikliklər  edildi.  Vintin  yivli  qismi 

ətrafında  sementin  daha  asan  yayılması  üçün  proksimaldan  7  mm  başlayan  yiv  qismi 

distala  tərəf  tədricən  5.5  mm-yə  qədər  nazikləşdirilib.  Vintin  yiv  proksimalının  geniş 

olmasının  sementin  geri  qaçmasının  və  sınıq  xəttinə  yayılmasının  qarşısını  alacağı 

düşünüldü.  Yivli  nahiyədə  olan  6  ədəd  2  mm  diametrində  olan  dəliklər  vint  kanalı 

içindən  təzyiq  altında  verilən  sementin  çıxış  nöqtələri  üçün  edilmişdir.  Oxşar 

xüsusiyyətləri olan dinamik qalça vinti Augat et al. tərəfindən dizayn edilmişdir.(4). 

      Hər qrup öz içində üç bərabər qrupa bölündü və hər alt qrupda səkkiz bud sümüyü 

başı  istifadə  edildi.  Mineral  sıxlıqları  eyni  və  ya  oxşar  başların  pull  out,  maksimum 

ekstraksiya  torqu  və  cut  out  nəticələri  müqayisə  edildi.(5,14,49,52).  Vintin  sümükdən 

boşalmasını  incələyən  bu  üç  müxtəlif  mexanizma  eyni  anda  daha  əvvəl  heç  bir 

təcrübədə araşdırılmamışdır. Hər alt qrupda səkkiz bud sümüyü başının olması təcrübə 

üçün kifayət etdi.(14,52). 

      Müxtəlif  məqalələrdə  gücləndərmə  üçün  PMMA  və  kalsium  fosfat  sement 

materyalları istifadə edilmişdir. PMMA və kalsium fosfatın hər birinin özünə xas üstün 

cəhətləri var.  Kalsium fosfat inyeksiya edilə bilən, bioloji uyğun, eqzotermik olmayan, 

in  situ  sərtləşən  xüsusiyyətlər  daşımaqdadır.  Digər  tətəfdən  kalsium  fosfat  sümükdən 

güclü  olsa  da  PMMA-ya  görə  daha  zəif  bir  materyaldır.  Kalsium  fosfatın  komperssiv 

gücü 55 Mpa olduğu halda PMMA-ın isə ən az    90 Mpa olduğu bilidirilmişdir.(34,38). 

Digər tərəfdən PMMA sərtləşərkən eqzotermik reaksiya törədir. Ətrafa verilən istiliyin 

toxumalara  zərər  verərək  sınıq  bitişməsinin  qabağını  alacağı  və  osteonekroz  riskini 

artıra biləcəyi qeyd olunmuşdur. Təcrübədə bud sümüyü başına vint kanalı içindən 1 cc 

PMMA göndərildi. 20 dəqiqə ərzində PMMA sərtləşərkən bud sümüyü səthindəki istilik 




60 

 

ölçüldü.  Bud  sümüyü  başı  səthindəki  hərarət  21.7ºC-dən  23ºC-yə  qədər  qalxaraq 



ortalama  1.3ºC  artış  müəyyən  edilmişdir.  Bu  dərəcədə  istiliyin  bud  sümüyü  başı 

osteonekrozu törəcək səviyyədə olmadığı qənaətinə gəlindi. 

      Pull  out  qrupunda  İnstron  cihazı  ilə  0.5  mm/san  aksial  pull  out  tətbiq  edilərək 

maksimum tutma qüvvəti (N) ölçüldü. Qüvvət tətbiqi nəticəsində əldə edilən rəqəmlər 

iki  alt  qrup  arasında  əhəmiyyətli  fərq  olduğunu  göstərmişdir(p<0.011).  Maksumum 

ekstraksiya  torq  qrupunda  Torqmetr  cihazı  ilə  4º/san  tərs  istiqamətdə  torq  (Nm)  tətbiq 

edildi.  Ekstraksiya  vaxtı  ən  yüksək  torq    nəticələri  müəyyən  edildi.  Qüvvət  tətbiqi 

nəticəsində  əldə  edilən  rəqəmlər  iki  alt  qrup  arasında  çox  əhəmiyyətli  fərq  olduğunu 

göstərmişdir(p<0.0001).  Frederik  və  əməkdaşları  tərəfindən  həyata  keçirilən 

biomexaniki təcrübədə də oxşar nəticələr əldə edilmişdir.(14). Cut out qrupunda İnstron 

cihazına taxıldıqdan sonra bud sümüyü başına 5 N-la başlayıb 2 mm/dəq sürətlə aksial 

yüklənmə  tətbiq  edildi.  Bu  prosedura  ən  az  5  mm  yerdəyişmə  əmələ  gələnə  qədər 

davam  etdirildi.  Digər  qruplarda  müşahidə  edildiyi  kimi  iki  alt  qrup  arasında 

əhəmiyyətli fərq olduğu müəyyən edildi(p<005). 

      Osteoparozlu sümüklərdə sümük trabekulaları arasında boşluqlar geniş olduğu üçün 

sementin daha asan yayıla biləcəyini düşünmüşdük. Bu səbəblə SMS-ı aşağı olan bud 

sümüyü başlarında kontrol və təcrübə qrupları arasında qüvvət ölçülmələrində daha çox 

fərq olacağını gözləyirdik. Ancaq bu korrelyasiyanı bütün nümunələrdə görə bilmədik. 

Bu problemin  bütün nümunələrə  eyni həcmdə  sement göndərə  bilmədiyimiz  üçün baş 

verdiyi qərarına gəldik. Sement vint kanalı boyu bud sümüyü başına tərəf göndərilərkən 

daha uyğun metod istifadə edilməlidir. 

 

 



 

 

 



 

 

 




61 

 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin