AR–nın Vergilər Nazirliyi maliyyənin idarə edilməsində mühüm rol oynayır. Bütün məcburi ödəmələrin düzgün hesablanması, tam və öz vaxtında büdcəyə ödənilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və onun yerlərdəki orqanlarına – Naxçıvan MR–nın Vergilər Nazirliyinə Bakı şəhər Vergilər Departamentinə. Ərazi Vergilər idarələrinə həvalə edilmişdir.
Gömrük rüsumlarının daxil olmasına Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi məsuliyyət daşıyır. Onun vəzifələri aşağıdakılardır:
-gömrük orqanları tərəfindən alınan vergilər üzrə yoxlamalar aparmaq;
-vergi orqanları tərəfindən alınan vergilərin hesablanması və ödənilməsi ilə əlaqədar olan bütün sənədləri yoxlamaq;
-vergi ödəyiciləri vergi qanunvericiliyini yerinə yetirmədikdə və ya kifayət qədər yerinə yetirmədikdə bankda olan hesabda əməliyyatı dayandırmaq;
-vergilər üzrə kəsiri və habelə vergi qanunvericiliyi üzrə nəzərdə tutulmuş cərimələrin tutulmasını həyata keçirmək.
Bütövlükdə gömrük orqanları AR–nın sərhədlərindən malların keçirilməsi zamanı vergi qanunvericiliyinə əməl edilməsinə, gömrük rüsumlarının düzgün hesablanması və ödənilməsinə nəzarət edir.
Dostları ilə paylaş: |