Universitet: Bakı Biznes Universiteti Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Mövzu: Akademik yazının struktur qaydaları Kurs: 1 Qrup: 323a Müəllimə: Dos.Ş.İskəndərova Tələbə: Gülnaz Kazımova PLAN:
Akademik yazının quruluşu Ön hissə Titul vərəqi
Mündəricat
- yazının strukturunu əks etdirir
- məntiqi ardıcıllığı və problemin təhlilindəki bölgüləri göstərir
- yazıdakı fəsilləri və onlara aid hissələri əks etdirir
Minnətdarlıq yazısı (akademik işin yazılmasında köməklik göstərən şəxslərə minnətdarlıq)
Abstrakt Xülasə
a) elmi yazı işinizdəki əsas fikir və tapıntıları çatdırır;
b) onları qısa və yığcam şəkildə ifadə edir:
- tədqiqatın məqsədi və vəzifələri - problemi - tədqiqat metodu - tapıntılar
Giriş
- Tədqiqatın məqsədi və obyekti haqqında ətraflı məlumat verir;
- Problemi və ya vəziyyəti təhlil edir;
- Mövcud tədqiqatları təhlil edir. Boşluqlar qeyd olunur;
- Tədqiqat sualı qeyd olunur;
- Tədqiqat metodu göstərilir;
- Tədqiqatın çətinliklərini və imkanlarını ifadə edir;
- Lazım gəldikdə, mövzuya dair tarixi məlumat verilir.
Fəsillər – arqumentlər və əsaslandırmalar:
- Mövzu fəsillərə və yarım-fəsillərə bölünməlidir.
- Arqumentlərinizin məntiqi ardıcıllığı gözlənilməlidir.
- Əsaslandırma olaraq cədvəl və diaqramlar qoyulmalı və izah edilməlidir. - Hər bir cədvəl və ya diaqram nömrələnməlidir.
- Bir hissədən digərinə keçid olmalıdır.
- Hər bir hissənin sonunda əhatə olunan mövzuya dair 1-2 cümlə ilə nəticə göstərilməlidir.
Nəticə və tövsiyyələr
- Əsas hissədə təhlil olunan fikirlər ümumiləşdirilir.
- Arqumentlərə əsasən hansı addımıların atılmasının zəruri olması haqqında tövsiyyələr edilir.
Mənbələr - istifadə olunan resurslar, kitablar, məqalələr və s.
Qoşmalar - əlavə statistik məlumat, qrafiklər, diaqramlar, xəritələr və s.