Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya


suallara  aydın,  lakonik  və  müvafiq  emosional  çalarda  cavab  verməyi



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#45997
1   2   3   4   5   6   7   8
Kommunikasiya. Mühazirə-1

suallara  aydın,  lakonik  və  müvafiq  emosional  çalarda  cavab  verməyi 

bacarmalıdır.İstər böyüklər, istərsə də kiçiklər cavablarda nəzakətli sözlər, ifadələr 

eşitdikdə, müəyyən ölçüdə nəvaziş hiss etdikdə razı qalır, məmnunluq duyurlar. 

        Nitqi  dinləmə  bacarığına  yiyələnmək.Başqasını  dinləməyi  bacarmaq  böyük 

məharət  tələb  edir.  Səbrlə,  təmkinlə  həmsöhbətə  qulaq  asmaq,  onu  diqqətlə 

dinləmək  yüksək  mədəniyyətin,  nəzakətliliyin,  nəcib  əxlaqın  təzahürüdür.  Bu 

keyfiyyət  hər  bir  savadlı  və  mədəni  adam,  xüsusən  natiq  üçün  olduqca  vacibdir. 

“Dinləyə 

bilmək 


bacarığı 

yaxşı 


danışmaq 

bacarığına 

bərabərdir” 

(Ə.M.Bəhmənyar).  Mustafa  Kamal  Atatürk  analara  müraciətlə  deyirdi:  “Ey  ana, 

istəsən  ki,  övladın  əsl  vətəndaş  olsun,  ona  təkcə  danışmağı  deyil,  dinləməyi  də 

öyrət”.  




10 

 

Nitqi  dinləmək  bacarığına  istənilən  səviyyədə  sahib  olmayan  adamların  



başqasına  qulaq  asmağa  səbri  çatmır,  yersiz  replikalarla  müsahibinin  sözünü 

ağzında qoyur, başqaları ilə danışır, nə söylənilən fikri lazımi dərəcədə dərk edir, 

nə  də  digərlərinə  bunun  üçün  imkan  yaradır.  Bir  türk  zərbi-məsəlində  deyilir  ki, 

qulaq asmaq lazım gələndə birinci, danışmaq lazım gələndə axırıncı ol. Nə qədər 

yerinə düşən kəlamdır. Təxmini statistikaya görə insan bir günlük vaxtının 30%-ni 

danışmağa,  45%-ni  isə  eşitməyə,  dinləməyə  sərf  edir.  Ünsiyyət  zamanı  ötürülən 

informasiyanın  60%-i  eşitmə,  dinləmə  vərdişlərinin  zəifliyi,  mövzuun  dinləyən 

üçün  maraqsız  olması  və  s.  səbəbindən  ya  yarımçıq,  ya  da  dolaşıq  bir  şəkildə 

qavranılır. Bunu nəzərə alıb düzgün danışmaqla yanaşı, nitqi qavrama vərdişlərinə 

də yiyələnmək lazımdır. Ünsiyyət prosesində dinləyici informasiyanı sadəcə olaraq 

qəbul  etməməli,  o,  mimikası,  jesti,  replikaları  və  s.  ilə  müsahibinə  həmrəy 

olduğunu və ya olmadığını, etirazını danışana anlatmalıdır. Bu cür əks-əlaqə nitqin 

təsirini duymaq, lazım gələrsə onun istiqamətini dəyişmək, söhbəti qısaltmaq və ya 

genişləndirmək  və  s.  danışana  kömək  edir.  Müsahibin  nitqi  sona  kimi  səbrlə, 

təmkinlə dinlənilməlidir. Ona aşağıdakı hallarda müdaxilə edilə bilər:  

1.  Danışan  bəhs  etdiyi  məsələdən  uzaqlaşdıqda.  Belə  hallarda  çox  zaman 

dinləyicilər,  “mətləbə  gəl”,  “əsas  məsələdən  danış”  və  s.  kimi  replikalarla 

danışanı istiqamətləndirirlər.  

2. Məlum olan əşya və hadisə barədə danışıldıqda.  

3. Bəhs olunan məsələ ilə bağlı səhvə və ya dolaşıqlığa yol verildikdə.  

4.  Müsahibin  nitqini  qüvvətləndirmək,  fikrini  təsdiq  və  təqdir  etməyə 

ehtiyac duyulduqda.  

5. Hər hansı məsələ barədə uzun-uzadı danışıldıqda.   

         Müsahibin  nitqinə  müdaxilə  bütün  hallarda  hörmət  və  nəzakət 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin