Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə71/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   67   68   69   70   71   72   73   74   ...   114
Azərbaycan tarixi

 
Kütləvi informasiya vasitələri. 
Kommunist ideologiyasının təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayırdı. 
1924-cü ildə Bakıda ilk radio qurğusu quraşdırılmış. 1926-ci ildə isə radiostansiya fəaliyyətə 
başlamışdı. 
 
Ədəbiyyat və incəsənət 
1920-1930-cu illərdə Azərbaycan ədəbiyyatı xeyli inkişaf etdi. 1925-ci ildə Bakıda Ədəbiyyat 
cəmiyyəti təşkil olundu. Əhməd Cavad ―Göygöl‖, ―Kür‖, ―Səsli qız‖, H.Cavid ―Peyğəmbər‖, ―Topal 
Teymur‖, ―Xəyyam―, ―Səyavuş‖, Y.V.Çəmənzəminli ―İki od arasında‖, ―Qan içində‖ romanlarını, 
S.Rəhman ―Toy kamediyasını bir dövrdə yazdılar.‖ 
1926-cı ildə ehkamlarını təbliğ edən Qızıl Qələmlər İttifaqı, 1932-ci ildə Azərbaycan Yazıçılar 
İttifaqı yaradıldı. 1920-ci illərdə aşıq şeri də inkişaf edirdi. 1926-cı ildə Bakıda Aşıqlar qurultayı 
keçirildi. 
1922-ci ildə Dövlət Dram Teatrı, 1924-cü ildə Opera və Balet teatrı, 1937-ci ildə Rus dram 
Teatrı, 1931-ci ildə Kukla Teatrı, 1936-cı ildə Gənc Tamaşaçılar Teatrı, 1938-ci ildə Musiqili 
Komediya Teatrı açıldı. 
Bu dövrdə Müslüm Maqamayevin ―Nərgiz‖, R.Quliyevin ―Şahsənəm‖, Ü.Hacıbəyovun 
―Koroğlu‖ (1937) operaları tamaşaya qoyuldu. 1940-cı ildə Əfrasiyab Bədəlbəyli ilk Azərbaycan 
baletini- ―Qız qalası‖nı yazdı. 
1926-cı ildə kinostudiya yaradıldı. 1924-1938-ci illərdə ―Qız Qalası əfsanəsi‖, ―Hacı Qara‖, 
―Mavi dəniz sahilində‖, ―Sevil‖ (ilk səsli film) və b. filmlər çəkildi. 1932-ci ildə Azərbaycan 
Rəssamlar İttifaqı yarandı. Bəhruz Kəngərli, Əzim Əzimzadə və Rüstəm Mustafayev XX əsrin 20-30-
cu illərinin məşhur rəssamları idi. 
 
 


Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 66 
Dinin təqid olunması və milli–mənəvi dəyərlər üzərinə “yürüş”. 
XX əsrin 20-30-cu illərində həyata keçirilən ―Mədəni inqilab‖in məqsədi insanların şüurunu 
kommunist ideologiyasına uyğun formalaşdırmaq, dinə qarşı mübarizə və ateizmin (allahsızlıq) təbliği 
idi. 
Bu illərdə milli-mənəvi dəyərlərə qarşı tədbirlər ―mədəni yürüş‖, ―rəddi olsun tar‖, ―rədd olsun 
kamança‖, kimi şüarlar altında keçirilirdi. 
Bu illərdə Azərbaycan əlifbasının tez-tez dəyişdirilməsi mədəniyyətimizə ağır zərbə vurdu. 
1929-cu ildə ərəb qrafikasından latın qrafikasına keçid başa çatdırıldı. Lakin 1935-ci ildə 
Türkiyə də latın qrafikasına keçdiyi üçün sovet rəhbərliyi Azərbaycanla Türkiyənin mənəvi 
əlaqələrinin inkişaf edəcəyindən qorxaraq 1939-cu ildə Azərbaycanda latın əlifbasından kiril 
qrafikasına keçidi tətbiq etdi. 
VIII əsrdən 1920-ci ilə qədər Azərbaycanda ərəb əlifbasından istifadə edilmişdir. 1920-ci ildə 
Xalq Maarif Komissarlığı nəzdində ərəb əlifbasının islah edilməsi üzrə komissiya yaradıldı. Lakin 
Komissiya özünü doğrultmadığından 1922-ci ildə AZMİK yanında Səməd bəy Ağamalıoğlunun 
sədrliyi ilə ―Yeni türk əlifbası‖ komitəsi yaradıldı. S.Ağamalıoğlu tərtib etdiyi latın qrafikalı əlifbanı 
komitəyə təqdim etdi. 1929-cu ildə Azərbaycanda yeni əlifbaya keçid Şərqdə inqilab adlandırılmışdır. 
1939-cu il iyulun 11-də Azərbaycanda SSR-də latın əlifbasından rus (kiril) əlifbasına 
keçirilməsi haqqında qanun qəbul edildi. Kiril əlifbasına keçirilməsi haqqında qanun qəbul edildi. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin