Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə72/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   68   69   70   71   72   73   74   75   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 67 
MÖVZU 27 
Azərbaycan SSR İkinci Dünya Müharibəsi illərində Şimali 
Azərbaycan müharibə edən dövlətlərin planında 
1939-cu il sentyabrın 1-də Almaniya Polşaya hücum etdi. İngiltərə və Fransanın Almaniyaya 
müharibə elan etməsi ilə İkinci dünya müharibəsi başlandı. 1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə 
hücum etdi. ―Barbarossa‖ planına görə alman ordusu ildırım sürəti ilə Sovet ordusuna ağır zərbələr 
endirməli, qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmalı idi. 
Azərbaycan özünün sərvətləri Qərb və Şərq arasındakı əlverişli coğrafi mövqeyinə görə 
Almaniyanın işğalçılıq planında xüsusi yer tuturdu. Almaniya Bakı neftindən istifadə etməklə bütün 
Şərqi istila edəcəyinə ümid edirdi. 
Rozenberqin Qafqazın idarə olunması planına görə ilk vaxtlar Azərbaycanda Komissarlıq 
adlanan idarə forması yaradılmalı və o iqamətgahı Tiflisdə yerləşməsi nəzərdə tutulan Qafqaz 
reyxskomissarlığına tabe olmalı idi. 
SSRİ üzərində qələbədən sonra Almaniya türk xalqları ərazilərində Böyük Türküstan dövlətinin 
yaradılmasını planlaşdırdı. Azərbaycan da şimallı-cənublu bu dövlətin tərkibinə daxil edilməli idi. 
Bakı zəbt edildikdən sonra sonra neftin hasil edilməsi emalı və daşınması hələ 1941-ci ilin 
martında Almaniyanın Kontinental neft cəmiyyətinə tapşırılmışdı. Azərbaycandakı iri sənaye 
müəssisələrinə almanlar rəhbər təyin edilməli idi. Hitler Bakını aldıqdan sonra onu hərbi məntəqəyə 
çevirmək haqqında şəxsən tapşırıq vermişdi. 
İkinci dünya müharibəsi illərində Almaniyanın Qafqaza hücum planı Edevels adlanırdı. Bu plana 
görə Bakı 1941-ci il sentyabrın 25-də tutulmalı idi. SSRİ-nin müttəfiqləri olan ABŞ və İngiltərənin isə 
Qafqazla bağlı Vilvet planı var idi. Bu plana görə Sovet ordusu Qafqazdan çıxardılıb Stalinqrada 
aparılmalı Qafqazda isə almanlara qarşı ingilis-amerikan qüvvələri vuruşmalı idi. Onlar bu üsulla 
Qafqazı xüxusilə Azərbaycanı SSRİ-dən ayırmaq istəyirdilər. 
Azərbaycanlılara etibar etməyən sovet rəhbərliyi Azərbaycan əhalisini zorla Mərkəzi Asiyaya və 
Qazaxıstana köçürmək istəyirdi. Lakin sovet ordusunun Stalinqrad və Qafqaz uğrundakı döyüşlərdə 
qələbə qazanması və M.C Bağırov gətirdiyi tutarlı dəlillərlə Stalini bu fikirdən daşındıra bildi. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin