Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 11 MÖVZU 5 XIX əsrin 40-cı illərində keçirilən islahatlar. 1840-cı il 10 aprel qanununa görə, 1841-ci il yanvarın 1-dən Cənubi Qafqazda komendant idarə
üsulu ləğv olunurdu.
Cənubu Qafqazda Gürcustan-İmeretiya quberniyasına (mərkəzi Tiflis olmaqla) və Xəzər
vilayətinə (mərkəzi Şamaxı olmaqla ) bölündü, Xəzər vilayətində təşkil edildi. Qazax, Şəmsəddil
nahiyələrinin daxil olduğu Yelizavetpol qəzası, Car-Balakən dairəsi, Gürcustan-İmeretiya
quberniyasının tərkibində verildi. Mahallar ləğv olundu. Yeni inzibati bölgü ilə Azərbaycanın tarixən
formalaşmış ənənəvi sərhədləri pozuldu.
Ali hakimiyyət Qafqazın baş hakiminə məxsus idi. Baş hakimin sədrliyi ilə Baş İdarə Şurası
yaradıldı. Cənubi Qafqaz inzibati, məhkəmə və s. Məsələlərə nəzarət və onların həlli bu şuranın
ixtiyarında idi.
1840-cı il 10 aprel qanununa görə, ümumrusiya qanunları əsasında quberniya, vilayət və qəza
məhkəmələri yaradıldı. Şəriət məhkəmələri yalnız kəbin-talaq vərəsəlik məsələlərinə baxırdı. Qəza
məhkəməsi hakimdən və vergi verən təbəqələri təmsil edən iclaslardan ibarət idi. Artıq ağır cinayət
işlərinə hərbi yox mülki məhkəmələrdə baxılırdı. 1841-ci il aprelin 25-də imzalanan çar fərmanı ilə
Qazax, Şəmşəddil və Borçalı ağaları torpaq sahibliyindən və kəndlilər üzərində hüquqlarından, mayın
28-də isə Xəzər vilayətinin bəyləri tiyul torpaqlarından məhrum olundu.
Aparılan təftiş nəticəsində 1842-ci ildə ağaların və bəylərin torpaqlarının müsadirəsi
dayandırıldı, torpaq sahibkarlığı hüququ toxunulmaz elan edildi hərbi nazirin sədrliyi ilə Xüsusi
Komitə yaradıldı.
İnzibati və məhkəmə islahatları istənilən nəticəni vermədi. 1844-cü ildə baş hakimlik ləğv edildi
və Qafqaz canişinliyi yaradıldı. Qafqazın bütün hərbi və mülki hakimiyyəti canişinə məxsus idi. O,
yalnız çarın qarşısında hesabat verirdi. Qafqazın ilk canişini qraf M.S.Vorontsov oldu.
1846-cı ildə Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayəti ləğv edildi və əvəzində Tiflis,
Kutais, Dərbənd , və Şamaxı, 1849-cu ildə isə İrəvan quberniyaları təşkil olunurdu.
Cənubi Qafqazda aparılan 1846-cı il inzibati bölgüsü milli-etnik xüsusiyyətlər nəzərə alınmadan
aparılırdı.
Quba qəzası Dərbənd quberniyasının, Yelizavetpol və Naxçıvan qəzaları isə Tiflis
quberniyasının tərkibində idi. Car-Balakən torpaqları və İlisu sultanlığı sonralar Zaqatala dairəsi
adlandırılan Car-Balakən dairəsini təşkil edirdi.
Naxçıvan və Ordubad qəzaları 1849-cu ildə yaradılmış İrəvan quberniyasının tərkibində idi.