Fənn: Azərbaycan tarixi
Şöbə: “Tibb bacısı işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
73
yaranması, onun proqramı əhalinin ən müxtəlif təbəqələri içərisində rəğbətlə qarşılandı. Partiya
sıralarına minlərlə fəhlə və kəndli, hətta bəzi mülkədarlar da daxil oldu. Oktyabrın 2-4 də ADP-nin
birinci qurultayında partiyanın proqramı və nizamnaməsi qəbul edildi. S.C.Pəşəvəri başda olmaqla
Mərkəzi Komitə seçildi.
Mərkəzi hökümətin demokratlara qarşı geniş silahlı hücuma keçməsini görən ADP açıq şəkildə
fərdi dəstələri yaratmağa başladı. Noyabrın 17-də Cənubi Azərbaycanın bir çox şəhərlərində
hakimiyyət orqanları yaradıldı. Noyabrın 21-də xalqın tanınmış xadimlərindən ibarət Azərbaycan Xalq
Konqresi çağırılaraq özünü Müəssisələr Məclisi elan etdi. O, ümumi seçkilər yolu ilə Azərbaycan Milli
Məclisinin çağırılmasını və Milli hökümət yaradılması tələbini irəli sürdü. Noyabrın 27-dən dekabrın
1-dək Azərbaycanın hər yerində Məclisə seçkilər keçirildi. 1945-ci il dekabrın 12-də toplanmış Milli
Məclis S.C.Pişəvərinin başçılığı ilə Milli hökümət yaratdı. Bu hadisə tarixə 21 Azər hərəkatı kimi
daxil olmuşdur.
Hökümət 10 nazirlik, ali məhkəmə və prokurorluqdan ibarət idi.
Milli hökümətin yaranması ilə Cənubi Azərbaycanda demokratik hərəkatın üçüncü mərhələsi
başlandı.
Milli hökümət İran dövlətinin bütövlüyünü rəhbər tutaraq Azərbaycanın muxtariyyəti prinsipi və
ona geniş hüquqların verilməsi öz proqramında bir daha təsdiq etdi. Yeni yaranmış Milli hökümətin
qarşısında duran birinci dərəcəli vəzifə- yerlərdə yeni inzibati -ərazi orqanlarının yaradılması idi.
1946-ci ilin yanvar-fevral aylarında keçirilən seçkilər nəticəsində şüarlar-əncümənlər yaradıldı.
Dostları ilə paylaş: