Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə87/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   83   84   85   86   87   88   89   90   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 80 
Əsas Qanunun XV maddəsi türk dilinin işlənməsini azad elan etsə də Azərbaycan türklərinə 
məktəblərdə öz ana dilində oxumağa imkan verilmir. Hazırda İranda ―vahid İran milləti‖, ―vahid islam 
ümməti‖ adı altında antitürk siyasət aparılır, azərbaycanlıların milli mənsubiyyəti inkar edilir. 
Mədəniyyət - İnqilabdan sonra fars olmayan millət və etnik qrupların milli mədəniyyətlərinin 
inkişafı yolunda yaradılan əngəllərə baxmayaraq həmin millətlər nisbi milli diçəlişə nail oldular. 
Təbrizdə Azərbaycan türkcəsində ―Odlar yurdu.‖, ―Ulduz‖, ―Araz‖, Tehranda ―Azadlıq‖ və s. qəzet və 
jurnalların nəşr edilməsinə başlandı. Bunların içərisində Cavad Heyətin buraxdığı ―Varlıq‖ jurnalı 
daha uzunömürlü oldu. 
Cənubi Azərbaycanda və Tehranda bir sıra cəmiyyətlər, mədəniyyət ocaqları fəaliyyət 
göstərirdi.
Bu cəmiyyətlərdə təmsil olunan ziyalılar aşağıdakı tələbləri irəli sürürdülər: 
1) Azərbaycan dilinin bu xalqın rəsmi dili kimi tanınmasını; 
2) Azərbaycanda tədrisin ana dilində aparılmasını; 
3) Tehranda ikidilli məktəblərin yaradılmasını və s. 
Müxtəlif mədəniyyət ocaqlarının nəşr etdirdikləri qəzet və jurnallar İranda azərbaycanlıların 
milli şüurunun inkişafına təkan verirdi. 
Məhəmmədhüseyn Şəhriyarın ―Heydərbabaya salam‖ poeması Şimali və Cənubi Azərbaycanın 
mənəvi yaxınlaşmasına güclü təsir etmişdir. 
Hazırda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi–siyası və 
mədəni əlaqələr inkişaf etməkdədir. 


Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 81 
MÖVZU 33 
Cənubi Azərbaycan İkinci Dünya Müharibəsindən sonrakı dövrdə. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin