Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə38/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 21 

 

MÖVZU  13.



 

Dişsiz çənələrin  progenik və proqnatik  münasibətlərində  dişlərin  düzülməsi. 

 

Progeniya  zamanı  dişlərin  düzülməsi:  Dişlərin  itirilməsi  və  çənədə  gedən  atrofiya  prosesləri 



nəticəsində aşağı çənənin alveol çıxıntısı yuxarı çənədəkindən öndə yerləşir. Çənələrin belə münasibəti 

ikincili  və  ya  qocalıq  progeniyası  adlanır.  Lakin  xəstədə  həm  də  həqiqi  progeniya  olduqda  çənədəki 

atrofiya prosesləri bu münasibəti daha  da ağırlaşdıra bilər. 

Zəif  ifadə  olunmuş  progeniya  zamanı  ön  dişləri  düz  dişləm  kimi  və  ya  minimal  qapanma  ilə, 

çeynəmə dişlərini ortoqnatik dişləmdə olduğu kimi düzmək olar. Çənələrin progeniya vəziyyəti güclü 

ifadə olunduqda  frontal  dişləri  progenik  münasibətdə  düzürlər,  lakin  bu  zaman  yuxarı  dişlərin  dodaq 

və  aşağı  dişlərin  dil  səthləri  arasında  kontakt  saxlanılır.  Çeynəmə  dişlərini  isə  aşağıdakı  qaydada 

düzürlər.  Yuxarı  sağ  tərəfin  çeynəmə  dişlərini  aşağı  protezin  sol  tərəfində,  yuxarı  sol  çeynəmə 

dişlərini-aşağı sağ tərəfə düzürlər. Yuxarı diş qövsünü qısaldırlar: hər iki tərəfdə ikinci premolyarları 

düzmürlər. Birinci premolyar təkcə yanaq qabarı ilə şüşəyə toxunaraq, damaq qabarı şüşəyə 0,5 mm 

çatmır.  Birinci  molyar  hər  iki  ön  qabarı  ilə  toxunur,  distal  qabarlar  şüşəyə  0,5  mm  çatmır.  İkinci 

molyar təkcə ön yanaq qabarı ilə şüşəyə toxunur, yerdə qalan qabarlar şüşəyə 1,0-1,5 mm çatmır. 

 

Proqnatiya zamanı dişlərin düzülməsi: Proqnatiyanın həqiqi və yalançı olmaqla iki forması ayırd 



edilir. Həqiqi proqnatiyada yuxarı çənə həddindən çox inkişaf etmiş, alveol çıxıntısı önə çıxmış olur. 

Belə  hallarda  tam  çıxan  protez  hazırlayarkən  frontal  dişləri  “nöqtə”  üzərində,  çeynəmə  dişlərini  süni 

diş  əti  üzərində  düzürlər.  Protezin  fiksasiyası  məqsədilə,  şərait olduqdada,  alveol  klammerlərindən 

istifadə etmək olar. 

Yalançı  proqnatiya  aşağı  çənənin  zəif  inkişaf  etməsi  nəticəsində  yaranır.  Bu  zaman  dişlərin 

düzülməsinin fərqli xüsusiyyəti ondan ibarətdir ki, aşağı çənədə hər iki birinci premolyar düzülmür. 

Aşağı ön dişləri isə bir qədər önə meylli düzürlər. 

 

 





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin