Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
88
Pardaxlanma sumbata kağızı (najdak kağızı) ilə daha qaba dənədən başlayaraq aparılır və sonra
şlifmotor və burğac maşını ilə davam etdirilir. Beləliklə, protezin kənarı və xarici səthi pardaxlanır,
daxili səth və süni dişlər pardaxlanmır. Klammerlərin uclarına hamar forma verilir.
Protezin cilalanması ona təmizlik, möhkəmlik verməyi təmin edir, qulluğu asanlaşdırır.
Cilalanma filtslə pemza və su qarışığına batırılaraq aparılır. Ağız boşluğuna baxan tərəfdən başqa
bütün səthlər cilalanır. Cilalanma güzgü parıltısı olana qədər aparılır. Protezin qızmasının qarşısını
almaq üçün, onu daim soyuq suya salmaq lazımdı.
Protezin təhvili vacib mərhələlərdəndir. Hazır protezi həkim hərtərəfli nəzərdən keçirməlidir.
Gözlə görünən çəxıntılar, nahamarlıqlar aşkar edildikdə, onları ləğv etmək lazımdır. Sonra protez su
ilə yuyaraq ağız boşluğuna daxil edilir. Çox vaxt protezlər təhvil verilən gün çatışmamazlığın olmasını
aşkar etmək mümkün olmur. Həmin gun təkcə protezdəki kobud səhvləri aşkar edib, aradan qaldırmaq
olar. Protezin korreksiyasını isə xəstə ondan bir neçə gün istifadə etdikdən sonra aparmaq lazımdır.
Protezin təhvili vacib mərhələlərdəndir. Hazır protezi həkim hərtərəfli nəzərdən keçirməlidir.
Gözlə görünən çıxıntılar, nahamarlıqlar aşkar edildikdə, onları ləğv etmək lazımdır. Sonra protez su ilə
yuyaraq ağız boşluğuna daxil edilir. Çox vaxt protezlər təhvil verilən gün çatışmamazlığın olmasını
aşkar etmək mümkün olmur. Həmin gun təkcə protezdəki kobud səhvləri aşkar edib, aradan qaldırmaq
olar. Protezin korreksiyasını isə xəstə ondan bir neçə gün istifadə etdikdən sonra aparmaq lazımdır.
Həkimin buraxdığı səhvlər: ağız boşluğunun protezləməyə hazırlanma qaydalarının pozulması,
protezin konstruksiyasının fiksasiya növünün düzgün seçilməməsi, okklüziya xəttinin əyriliyi, ölçünün
keyfiyyətsiz olması, ölçu materialının selikli qişanın atrofiya dərəcəsi nəzərə alınmadan seçilməsi,
alveol çıxintıların və sərt damağın sümük çıxıntılarının izolyasiya qaydalarına əməl edilməməsi və s.
Mərkəzi okklüziyanın düzgün təyin olunmaması da protezin funksional effektsizliyinə və sınmasına
səbəb olur.
Texnikin buraxdığı səhvlər: gipslə alınmış ölçünün hissələri düzgün yığılmadıqda,
tutuşdurulmadıqda və yapışdırılmadıqda, işçi modelin dəqiq alınmaması, modelin vaxtında
tökülməməsi (elastik ölçü materialdan), klammerin protez bazisində düzgün yerləşdirilməməsi və s.
Protez bazisinin qalınlığının bərabər olmaması da buraxılan səhvlərdəndir. Bazisin qalınlığı elə
olmalıdır ki, protez kövrək olmasın, elastikliyini saxlasın, xəstəyə əziyyət verməsin, yəni üst çənədə
1,5-2 mm, alt çənədə 2-2,5 mm olmalıdır. Monomer polimerin nisbətinin düzgün götürülməməsi,
polimerizasiya rejiminin pozulması protezin keyfiyyətini azaldır. Mum kompozisiyası dərhal qaynar
suya salınarsa, polimerizasiyadan sonra protez soyuq suya salınarsa protezdə xırda məsamələr əmələ
gəlir, bu da protezin tez sınmasına səbəb olur. Küveti soyuq suya salıb, temperaturu tədricən qaynama
dərəcəsinə catdırmaq lazımdı. Protezin keyfiyyətli olmasi üçün, protezin işlənməsi prosesinə də böyuk
əhəmiyyət vermək lazımdı. Protezi soyumamış çıxarıb işlədikdə və cilaladıqda o, deformasiyaya
uğrayır.
|