Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Şablon yastığın  hazırlanması.  Antaqonist  ölçünün  alınması,  modelin



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə156/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   150   151   152   153   154   155   156   157   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Şablon yastığın  hazırlanması.  Antaqonist  ölçünün  alınması,  modelin 

tökülməsi,  mərkəzi  okklüziyada  artikulyatora  vurulması. 

Elastiki ölçü materialları ilə ölçü aldıqda,  əsasən plastmas dəlikli ölçü qaşıqlar  vasitəsilə ölçü 

alınır. Üst çənədən ölçü götürdükdə üç ölçü qabı qədər toz və müvafiq miqdarda su tökülür. Bircins 

kütlə  alınanadək  bir  dəqiqə ərzində əvvəlcə  yavaş-yavaş,  sonra  isə  sürətlə  və  möhkəm  qarışdırmaq 

lazımdır. Hazır olandan sonra ölçü qaşığına qoyulur  və ölçü götürülür. Elastiki ölçü materialları ilə 

alınan  ölçüdən  tam  15  dəqiqə  ərzində  model  tökülür.  Əks  halda  ölçü  formasını  dəyişə  bilər  və 

deformasiyaya uğrayar. 

Ölçü  alıb  model  töküldükdən  sonra  dublikat  model  alınır.  Bunun  üçün  xüsusi  gilindən, 

silikondan istifadə olunur. İlk olaraq diş ətrafı, boyun sümük çıxıntısı mumla doldurulur. Daha sonra 

super gipslə dublikat model alınır. Dublikat model aldıqdan sonra master model tökülür. Əldə olunan 

model üzərində iş görülür. Model aldıqdan sonra şablon yastığın hazırlanması başlanır. Mum lövhəciyi 

birtərəfli  qızdırılır.  Qızdırılmamış  tərəfi  modelin  üzərinə  qoyulur.  Baş  barmaqla  damaq  səthin  və 

alveol  çıxıntının  dişsiz  sahəsinə  sıxırıq.  Mumu  nazik  etmək  olmaz.  Qızdırılmış  şpatellə  protezin 

sərhəddi  boyunca  mum  kəsilir.  Sonra  okklüzion  yastıq  formalaşır.  Mum  hər  iki  tərəfdən  qızdırılır, 

yuvarlanaraq yastıq şəklinə salınır. Eni mərkəzdə 0,8 sm, arxada 1,0-1,2 sm. Hündürlüyü öndə 1,5 sm, 

arxada 1 sm. Qızdırılmış şpatellə yastıq hamarlanır. 

Mərkəzi  okklüziyanı  təyin  etdikdən  sonra  səmt  xəttlərini  qeyd  etdikdən  sonra  model  mərkəzi 

okklüziya vəziyyətində artikulyatora gipslənir. Bunun üçün gips qarışdırılır, bir hissəsi stolun üzərinə 

qoyulur  və  üzərinə  artikulyatorun  aşağı  çərçivəsi  gipsə  yerləşdirilir,  yenidən  bir  hissə  gips  qoyulur, 

üzərinə modellər yerləşdirilir. Şpatellə modelin əsası gipslə örtülür və hər tərəfdən hamarlanır. Sonra 

gips yuxarı çənə modelinə qoyulur. Artikulyatorun yuxarı çərçivəsi bağlanır və gips hamarlanır. Gips 

quruduqdan  sonra modellər ehtiyatla aralanır. 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin